SON XƏBƏRLƏR

Antropoloqlar Qubaya çağırılmalıdır

2021.10.20, 07:36
Antropoloqlar Qubaya çağırılmalıdır

Gunaz.tv
Antropoloqlar Qubaya çağırılmalıdır beynalxalq-ontro44.jpg Oqtay Əsədov: "Beynəlxalq aləm həmin qətliamdan tam xəbərdar olmalıdır" "Avropa Şurası Parlament Assambleyasının sədri Luis Maria de Puçla Qubadakı qətliam məzarlığına girəndə məni dəhşət bürüdü" - bu fikirləri dünən Milli Məclisin spikeri Oqtay Əsədov səsləndirdi. Bildirdi ki, məzarlığa baş çəkəndə oradakı insanların erəmənilər tərəfindən hansı işgəncələrlə qətlə yetirildiklərinin şahidi olublar. AŞ PA sədri də şahidi olduğu mənzərədən ağır duruma düşüb: "Çox təəssüf ki, bu məzarlığın tarixini araşdırmaq üçün beynəlxalq antropoloqlar gəlməyiblər. Bu işlə yalnız Azərbaycanın yerli ekspertləri məşğul olublar". Spiker onu da vurğuladı ki, Milli Elmlər Akademiyasının Tarix İnstitutu Qubadakı kütləvi məzarlığın tarixinin araşdırılması üçün təkcə yerli mütəxəssislərin yox, eləcə də beynəlxalq antropoloqların bu işə cəlbi ilə bağlı konkret addımlar atmalıdır. Bu həm də Azərbaycanda ermənilərin soyqırım həyata keçirdiyini dünyaya sübut etmək baxımından əhəmiyyətlidir. O.Əsədov həmçinin vurğuladı ki, Qubaya beynəlxalq nümayəndələrin, o cümlədən səfirlərin səfəri ilə bağlı da konkret qərarlar verilməlidir: "Səfirlər Qubaya gedərkən kütləvi məzarlığa baş çəkməmək üçün bunun protokola daxil edilmədiyini bəhanə gətirə bilməsinlər. Mən bunu təhqir sayıram. Belə bir məsələyə biz çox səthi yanaşmışıq. Bunun üzərində işləməliyik". Spiker həmçinin bildirdi ki, Tarix İnstitutu adından beynəlxalq təşkilatlara, dövlətlərə məktublar, müraciətlər ünvanlanmalıdır. "Beynəlxalq aləm həmin qətliamdan tam xəbərdar olmalıdır", - deyə O.Əsədov vurğuladı. Spiker yaz sessiyası ərzində qəbulu nəzərdə tutulsa da, uzun müddət parlamentin müzakirəsinə çıxarılmayan qanun layihələrinin taleyinə də aydınlıq gətirdi. Bildirdi ki, "Təhsil haqqında" qanunun gecikməsini bu qədər şişirtmək lazım deyil. Sözügedən sənəd parlamentdə ilk oxunuşdan keçib və onunla bağlı komissiyada iki dəfə geniş müzakirələr təşkil olunub: "Elə fikirlər səsləndirilir ki, sanki bu qanunu qəbul etməklə təhsildə inqilab olacaq. Bu, sadəcə, çərçivə qanunudur. Elə bir çərçivə qanunu qəbul etmək istəyirik ki, onu da əvvəlkilərin aqibəti gözləməsin". Spiker vurğuladı ki, bu qanunla bağlı parlament tərəfindən onlarla ekspertiza verilib. Hələliksə bu ekspertizalar tam başa çatmayıb. "Tikinti haqqında" qanuna gəldikdə isə spiker dedi ki, bu sənədin nizama salınması üzərində də iş aparılır. Sözügedən məsələdə Almaniyanın bir şirkəti ilə əməkdaşlıq edilir. O.Əsədov parlamentdə siyasi məhbus məsələsinin tez-tez qabardılmasına da toxundu: "Azərbaycanın beynəlxalq imici məsələsini fikirləşiriksə, ilk olaraq siyasi məhbus məsələsi gündəmə gətirilməməlidir. AŞ PA-nın özündə də siyasi məhbusla bağlı hələ dəqiq fikirlər hakim deyil. Bu məsələ ilə bağlı ölkədə müvafiq komissiya fəaliyyət göstərir". Daha sonra yol qəzaları nəticəsində ölən insanların sayının artmasından narahat olduğunu dilə gətirən spiker bu məsələyə də ciddi diqqət ayırmaq zərurətinin yarandığını dedi. Onun sözlərinə görə, sürətlə gedən maşınlarda mobil telefonla danışmaq qadağan olsa da, buna az əməl edilir: "Ona görə də qanunlar sərtləşdirilməlidir. Mən bu işə görə xarici dövlətlərdə sanksiyaların həcmini öyrənmək tapşırığı vermişəm". Spiker son olaraq vurğuladı ki, gələn həftə Milli Məclisin yaz sessiyasının yekunlarına dair mətbuat konfransı keçiriləcək. Azad Əliyev www.hafta-ichi.com

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar