SON XƏBƏRLƏR

Yanukoviç Zelenskiyə müraciət etdi: "Bu qanı dayandırmaq olar"

2022.03.08, 07:59
Yanukoviç Zelenskiyə müraciət etdi: "Bu qanı dayandırmaq olar"

Gunaz.tv

Yanukoviç Zelenskini nəyin bahasına olursa olsun qanı dayandırmağa çağırıb.

"Mən çox yaxşı başa düşürəm ki, sizin çoxlu "məsləhətçilər"iniz var, lakin şəxsən siz nəyin bahasına olursa-olsun qanı dayandırmağa və sülh razılaşmasına nail olmağa borclusunuz. Ukraynada, Donbassda və Rusiyada sizdən gözlənilən budur", - Yanukoviçin müraciətdə deyilir.

Yanukoviç bildirib ki, Ukrayna xalqı və Kiyevin Qərbdəki tərəfdaşları belə bir addıma görə minnətdar olacaqlar.
 

"Mən Vladimir Zelenskiyə keçmiş prezident və hətta onun atası yaşda olan şəxs kimi müraciət etmək istəyirəm. Vladimir Aleksandroviç, yəqin ki, sən əsl qəhrəman olmaq arzusundasan! 

Amma qəhrəmanlıq nümayişkaranəlik, son ukraynalıya qədər döyüşmək deyil. Qəhrəmanlar  insanların həyatını xilas etmək naminə öz qürur və ambisiyaları üzərində qələbə çalaraq fədakarlıq edirlər”, - deyə eks-prezident bildirib.


O qeyd edib ki, hazırda vətənində baş verənləri ağrı ilə qəbul edir və ukraynalıların dözmək məcburiyyətində qaldıqları əzablara dərin rəğbət bəsləyir. Yanukoviç eyni zamanda vurğulayıb ki, “hər hansı bir faciədə elə bir məqam var ki, onu hələ də dayandırmaq olar”.


"İlk gündən Ukraynada müharibəni dayandırmağa söz verdiniz və buna görə də bütün Ukrayna sizi dəstəklədi. Siz dünyanın prezidenti ola bilərsiniz, amma təəssüf ki, bu baş vermədi", - Yanukoviç bildirib.


Xatırladaq ki, V.Yanukoviç 2002–2005, 2006–2007-ci illərdə Ukraynanın baş naziri olub. 2010-cu ildə keçirilən prezident seçkilərinin ikinci turunda 48,95% səslə ölkənin 4-cü prezidenti seçilib. 

22 fevral 2014-cü il tarixində baş vermiş əhalinin narazılığından sonra ölkədən qaçıb və parlament tərəfindən prezidentlik hüququndan məhrum edilib.

Ukraynada Yanukoviç vətənə xəyanətdə təqsirli bilinərək, 13 il müddətinə azadlıqdan məhrum edilib. V.Yanukoviç Rusiyaya sığınıb.

Bəzi məlumatlara görə, Rusiyanın məqsədi Kiyevi işğal edəndən sonra Viktor Yanukoviçi hakimiyyətə gətirmək və onu prezident elan etməkdir. (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar