İranda təhsil işçilərinin etiraz aksiyası yekunlaşıb: Qətnamə qəbul olunub

13.01.2022, 13:17

Yanvarın 13-də Güney Azərbaycanda və İranın bir sıra şəhərlərində keçirilən təhsil işçilərinin ümumölkə mitinqi başa çatıb. Aksiyanın yekun qətnaməsi qəbul olunub.

Gunaz.tv Quote | Gunaz article

Qətnaməni İran Təhsil İşçiləri Koordinasiya Şurası yayıb.
Sənəddə qeyd olunur ki, yanvarın 13-də ümumölkə mitinqi keçirilib, ölkənin hər yerindən on minlərlə müəllimin iştirakı ilə keçiriləni aksiyada hökumətin və parlamentin təhsil işçilərinə qarşı laqeyd münasibətinə, müəllimlərin hüquqlarını pozan qanunlara etiraz bildirilib.

Təhsil işçiləri təhsil sahəsinə olan diqqətsizlik göstərən hakimiyyətə xəbərdarlıq ediblər.

8 maddədən ibarət olan qətnamədə təhsil işçilərinin bir sıra əsas tələbləri əks olunub. 

Sənəddə müəllimlərin rütbələndirilməsi barədə qanunun tətbiqi, təqaüddə olan müəllimlərin hüquqlarının bərabərləşdirilməsi, məhbus müəllimlərin azadlığa buraxılması və əlavə sığorta hüququnun tanınması və s. tələblər əks olunub.

Qətnamədə bildirilir ki, "ölkəyə qarşı sanksiyalar var", "xarici qüvvələrin sui-istifadəsi", "milli təhlükəsizliyə təhlükə" və digər bəhanələrlə təhsil işçilərinin hüquqlarının pozulması yolverilməzdir.

"Ölkə əhalisi, xüsusilə müəllimlər ölkəni talayanların və təhlükəyə atanların kimlər olduğunu çox yaxşı bilir"-deyə, sənəddə qeyd olunur.

Qətnamənin sonunda təhsil işçiləri bir daha hökumət və parlamentə xəbərdarlıq edib.

Təhsil işçiləri bəyan edib ki, tələbləri yerinə keçirilməsə daha geniş aksiyalara əl atacaqlar..

“Haqqın alınması üçün azadlıq və müqavimtin vacibliyini ilk dərs olaraq şagirdlərinə öyrədən qabaqcıl və şərəfli müəllimlərə eşq olsun”-deyə, qətnamənin sonunda yazılıb.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Nazarbayev ilk dəfə üzə çıxdı, xalqa müraciət etdi – "Təqaüddəyəm, heç yerə getməmişəm" -VİDEO

2022-01-18

gun az article

Azad olunmuş ərazilərdə bələdiyyələrin yaradılması təklif edilir

2022-01-18

gun az article

“Azərbaycan bizi beynəlxalq aləmdən təcrid edib” – Xankəndindəki separatçıdan etiraf

2022-01-18

gun az article

İranda koronavirusdan daha 18 nəfər vəfat edib, 3 653 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

2022-01-18

gun az article

Körfəz Əməkdaşlıq Şurası: “İranla nüvə razılaşması regionun təhlükəsizliyinə zəmanət verməlidir”

2022-01-18

gun az article

İran prezidenti sabah Moskvaya səfər edəcək

2022-01-18

gun az article

Prezident Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib-FOTOLAR

2022-01-18

gun az article

Nazir müavini: "Azad edilmiş digər istiqamətlərə də sərnişin marşrutları açılacaq"

2022-01-18

gun az article

Füzulidə yeni hərbi obyektlər istifadəyə verilib - VİDEO

2022-01-18

gun az article

İranda daha bir sərnişin avtobusu qəzaya uğrayıb: 21 fəhlə yaralanıb

2022-01-18

gun az article

Albaniyada Osmanlı dönəmində tikilmiş məşhur məscid bərpa edilib

2022-01-18

gun az article

İranda bəhai vətəndaşın şəxsi mülkü hökumət tərəfindən müsadirə edilib

2022-01-18

gun az article

İranın Qum şəhərində azərbaycanlı məhkum edam edilib

2022-01-18

gun az article

Şuşaya avtobusla getmək istəyən sərnişinlər xüsusi icazə almalı olacaq

2022-01-18

gun az article

Bakıda mənzillərin qiyməti bahalaşıb

2022-01-18

gun az article

“İlk növbədə sərhədlər açılmalıdır” – İrəvan Ankara ilə danışıqlardan gözləntilərini açıqladı

2022-01-18

gun az article

Rusiya Ukraynadan diplomatlarını çıxarır

2022-01-18

gun az article

Ermənistan Azərbaycanın qaytardığı 6 hərbçini həbs edib

2022-01-18

gun az article

MKİ direktoru Ukrayna prezidenti ilə görüşüb

2022-01-18

gun az article

Səlcuq Bayraktar: "Biz torpaqlarımızı geri aldıq və bununla da qürur duyuruq"

2022-01-18