APA: Xorvatiya prezidenti Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədillərini bildirib

2016-10-24 15:38

“Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdə Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç deyib. O bildirib ki, Bakıda və Azərbaycanın digər yerlərində yaşayan xorvat icması ilə görüşüb: “Mən çox şadam ki, Azərbaycan milli yığmasının baş məşqçisi ilə yanaşı, iqtisadiyyat, əczaçılıq, nəqliyyat, mühəndislik və digər sahələrdə çalışan bir çox xorvat var. Sizin 20013-cü ildə Zaqrebə səfərinizdən və bu il Suriya ilə bağlı Londonda keçirilən konfrans çərçivəsində görüşümüzdən sonra bu gün əlaqələrimizi daha da inkişaf etdirməklə bağlı müzakirələr aparmaq üçün yaxşı imkanlar var. Bizim aramızda açıq qalan məsələlər yoxdur. Siyasi əlaqələrimiz çox yaxşıdır. Lakin bu əlaqələri inkişaf etdirmək üçün daha çox imkanlar var. Xüsusən iqtisadiyyat, investisiya, ticarət, mədəniyyət, təhsil, müdafiə, təhlükəsizlik sahələrində əlaqələr və bizim hamımıza təsir edən regional və qlobal təhlükəsizliklə bağlı hərtərəfli əməkdaşlığı koordinasiya və məsləhətləşmələrlə dərinləşdirmək, genişləndirmək üçün çoxlu imkanlar mövcuddur”.

Kolinda Qrabar-Kitaroviç qeyd edib ki, Xorvatiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”

2020-10-26

gun az article

Prezident İlham Əliyev: “Atəşkəs davam edəcəksə və yenə də məsələ dondurulmuş vəziyyət qalacaqsa, bu bizi qane edə bilməz”

2020-10-26

gun az article

Azərbaycan Prezidenti: “Bu üç ölkə məgər imkanlara sahib deyil ki, aqressora öz yerini göstərsin? İstəmirdilər”

2020-10-26

gun az article

Azərbaycan Prezidenti Zəngilan, Cəbrayıl və Qubadlının dünən işğaldan azad edilmiş kəndlərinin adını açıqlayıb

2020-10-26

gun az article

Prezident İlham Əliyev: “Biz yeni reallıq yaratmışıq, hesablaşın”

2020-10-26

gun az article

Prezident İlham Əliyev Ermənistanın məhv edilmiş və qənimət kimi götürülmüş texnikasının bir hissəsinin siyahısını açıqlayıb

2020-10-26

gun az article

Fransa səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb

2020-10-26

gun az article

Hikmət Hacıyev: "Ermənistan baş naziri növbəti dəfə yalan danışır"

2020-10-26

gun az article

Hikmət Hacıyev: "Humanitar atəşkəsin növbəti dəfə pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"

2020-10-26

gun az article

Müdafiə Nazirliyi: Düşmən bölmələrimizi atəşə tutur

2020-10-26

gun az article

Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"- FOTO

2020-10-26

gun az article

MN: Düşmənin döyüş texnikası və sursatları məhv edilib - VİDEO

2020-10-25

gun az article

Prezident: "Vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm də siyasi arenada çox ciddi mübarizə gedir"

2020-10-25

gun az article

Prezident: "Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib"

2020-10-25

gun az article

Prezident İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib - YENİLƏNİB- FOTO

2020-10-25

gun az article

MN: Qubadlı istiqamətində Ermənistana məxsus döyüş təyyarəsi məhv edilib

2020-10-24

gun az article

Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir - VİDEO

2020-10-24

gun az article

Rusiya səfirliyi Gəncədə raket zərbəsi nəticəsində xəsarət alaraq xəstəxanada ölən yeniyetmə ilə bağlı məlumat yayıb

2020-10-24

gun az article

Düşmənin gecə ərzində döyüş texnikaları məhv edilib - VİDEO

2020-10-24

gun az article

MN: Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur

2020-10-24