Şərqi Azərbaycan əyalətinin Apelliyasiya Məhkəməsi siyasi məhbus Lətif Həsəninin həbs cəzasının azaldılması haqqında qərar verildiyini açıqlayıb.
Gunaz.tv
Bu qərarın “həbs cəzalarını azaldılması üçün yeni qanunun icrası” çərçivəsində baş verdiyi deyilir.
L.Həsəni haqqında yeni qərar bazar günü, 10-01-2021-ci il tarixində, Şərqi Azərbaycan əyalətinin Apelliyasiya Məhkəməsinin 6-cı şöbəsi tərəfindən verilib və onun həbs cəzasının müddəti 9 ildən 6 il 8 aya azaldələb.
Bu haqda bildiriş yazılı iddianamə ilə birgə tanınmış siyasi məhbus Lətif Həsəninin vəkili Cəfər Əfşarniya cənablarına göndərilib.
Bildirilən iddianaməyə əsasən, Lətif Həsəninin “ölkənin təhlükəsizliyini pozmaq üçün qanunsuz təşkilat yaratmaq” ittihamına görə aldığı 8 il həbs cəzası 6 ilə, “hökumətə qarşı təbliğat fəaliyyətlərində iştirak” ittihamına görə aldığı 1 il cəza isə 8 aya endirilib.
Lətif Həsəninin 7 il 11 ay həbsdə qalmasını nəzərə alaraq dosiyasının zindanın “qərarların icrası bölməsi”nə verilməsi ilə o azadlığa buraxılmalıdır.
Hal-hazırda Kərəc şəhərinin “Rəcaişəhr” həbsxanasında həbsdə olan Lətif Həsəni siyasi və milli fəaliyyətlərinə görə, bütövlükdə 10 ilə yaxın məhbus həyatı yaşayıb.
C.E