Apelyasiya Məhkəməsi Abbas Lisaninin çağırış vərəqəsini onun saxlandığı həbsxanaya göndərməkdən imtina edir

08.04.2019, 07:52

GünAz TV: Hazırda Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani ötən günlərdə Apelyasiya Məhkəməsinə çağırılıb, lakin çağırış vərəqəsi onun saxlandığı Ərdəbil zindanına göndərilməyib.

 

Məlumata görə, Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 26-cı şöbəsi azərbaycanlı fəalın evinə çağırış vərəqəsi göndərərək ondan aprelin 13-də “sistemin əleyhinə təbliğat aparmaq” ittihamına baxılması üçün Apelyasiya Məhkəməsinə müraciət etməsinə istəyib. Fəal bundan əvvəl həmin ittihama görə 10 ay həbs cəzasına məhkum edilib.

 

Abbas Lisaninin Apelyasiya Məhkəməsinə çağırılması elektron məktubu vasitəsi ilə onun vəkili Əsğər Məhəmmədiyə də bildirilib. Vəkil fəalın təyin olunmuş vaxtda keçiriləcək Apelyasiya Məhkəməsinin iclasına qatılması ilə bağlı məhkəməyə müraciət edib. Hüquqlarını müdafiə etdiyi Abbas Lisaninin hazırda zindanda olduğunu deyən vəkil çağırış vərəqəsinin zindana göndərilməsini tələb edib, lakin ona rədd cavabı verilib. Qanuna görə isə müttəhim həbsdə olduğu zaman çağırış vərəqəsi zindana göndərilməlidir.

 

Bu barədə fəalın dosyesinə baxan məhkəmə şöbəsinin rəsmisi vəkil Əsğər Məhəmmədiyə bildirib ki, bu məsələnin bizə heç bir əlaqəsi yoxdur, biz onun Ərdəbil zindanından məhkəmə iclasına gətirilməsi və bu barədə hər hansı koordinasiya etməklə bağlı heç bir məsuliyyət daşımırıq.

 

Şübhəsiz ki, azərbaycanlı fəalın Apelyasiya Məhkəməsinə çağırılması ilə bağlı onun saxlandığı zindana məlumat verilməsə, bu o deməkdir ki, fəal məhkəmə iclasına qatıla bilməyəcək və keçiriləcək prosesdə özünümüdafiə hüququndan məhrum olacaq.

 

Abbas Lisani qaraciyər xəstəliyindən əziyyət çəkir, onun hal-hazırda səhətində problem var və müalicə olunmalıdır.

 

Abbas Lisani Güney Azərbaycanının məşhur musiqi müəllimi Həsən Dəmirçinin Təbrizdəki dəfn mərasimində söylədiyi nitq səbəbiylə mühakimə edilib. Bununla bağlı milli fəal bir neçə ay əvvəl qiyabi olaraq mühakimə edildiyi məhkəmədə 10 ay həbsə məhkum olunub. O, yanvarın 5-də həbs hökmünün icrası üçün Təbriz zindanına göndərilib. Lakin fəal Təbriz zindanına göndərildikdən sonra rəsmi çağırış göndərilmədən qiyabi olaraq mühakimə edilməsinin qanunsuz olduğunu önə çəkərək etiraz bildirib. Lisaninin etirazını qəbul edən hakim onu müvəqqəti olaraq sərbəst buraxıb və məhkəmənin yanvarın 15-də yenidən keçirilməsinə dair qərar çıxarıb. Fəal yanvarın 15-də Təbriz İnqilab Məhkəmə iclasından sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Ərdəbil Ettelaat İdarəsinin təcrixanasına, oradan isə bu şəhərin həbsxanasına intiqal edilib.

Abbas lisani hazırda Ərdəbil zindanınında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

Fəal yanvarın 15-də saxlandıqdan bir neçə həftə sonra Ərdəbil Prokurorluğunda irəli sürülən ittihamlarla tanış olub. Onun Qərbi Azərbaycan əhalisini silahlanmağa təhrik etmək, milli təhlükəsizliyə qarşı təhdid yaratmaq, qanunsuz qrup yaratmaq və sistemin əleyhinə təbliğat aparmaq kimi qondarma ittihamlarla üzləşdiyi məlum olub.

 

Fəal yaxalandığı gündən Tehran Əyaləti də daxil olmaqla Güney Azərbaycanın əksər şəhərlərində onun saxlanmasına qarşı müxtəlif formalarda etirazlar başlayıb. İnternet və real həyatda edilən etirazlara “Traxtur” futbol komandasının tərəfdarları da qoşulub. Onlar komandanın görüşlərində tanınmış fəalın azadlığa buraxılmasını tələb edən şüarlar səsləndirir və rejimin bu hərəkətini kəskin pisləyirlər.

 

N.S

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Azərbaycan sülh müqaviləsinə aid təkliflərimizə cavab verib”- Ararat Mirzoyan

2022-11-28

gun az article

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb

2022-11-28

gun az article

Ərdoğan: “Ukraynada axan qanı dayandırmaq üçün çox çalışdıq”

2022-11-28

gun az article

Şuşanın ümumtürk mədəniyyətindəki rolu barədə beynəlxalq konfrans keçirilib

2022-11-28

gun az article

İranda daha bir etnik bəluç edam edilib

2022-11-28

gun az article

Xameneyinin Rusdərdəki nümayəndəliyinin ofisi yandırılıb

2022-11-28

gun az article

İranlı turistlərin Türkiyəyə axını artıb

2022-11-28

gun az article

Almaniya səfiri son bir ayda ikinci dəfə İran XİN-ə çağırılıb

2022-11-28

gun az article

Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib

2022-11-28

gun az article

Bakıda gənc qızlar Güney Azərbaycandakı etirazçılara dəstək fləşmobu keçirib-VİDEO

2022-11-28

gun az article

İranda etirazlar zamanı daha iki yeniyetmə öldürülüb

2022-11-28

gun az article

Naxçıvan MR-in maliyyə naziri həbs edilib, istintaq davam edir

2022-11-28

gun az article

Hulusi Akar: "Pençe Kilit" əməliyyatı başlayandan 480 terrorçu zərərsizləşdirilib”

2022-11-28

gun az article

MN: "Qanunsuz erməni silahlıları Şuşa, Xocavənd, Xocalı və Ağdamdakı mövqelərimizi atəşə tutub"

2022-11-28

gun az article

Fransa Milli Assambleyasına Azərbaycan QHT-lərindən etiraz Bəyanatı

2022-11-27

gun az article

Azərbaycan Ordusunun mövqeləri dörd istiqamətdə atəşə tutulub

2022-11-27

gun az article

Qırğızıstanın deputatı Qazaxıstanla sərhəddə itkin düşüb

2022-11-27

gun az article

Tanınmış reper Tomac Salehi edam edilə bilər

2022-11-27

gun az article

İsveçdə İranəsilli vətəndaşlar Rusiyaya casusluq etdikləri üçün mühakimə olunur

2022-11-27

gun az article

İran prezidenti etirazçılara qarşı repressiyalarda iştirak edən xüsusi qüvvələri təqdir edib

2022-11-27