SON XƏBƏRLƏR

Apelyasiya Məhkəməsi azərbaycanlı fəal Əmin Zendedel haqda qərarını açıqlayıb

2021.10.20, 07:36
Apelyasiya Məhkəməsi azərbaycanlı fəal Əmin Zendedel haqda qərarını açıqlayıb

Gunaz.tv

GünAz TV: Azərbaycan Milli Hərəkatının urmiyəli fəalı Əmin Zendedel barəsində çıxarılan 5 illik həbs cəzası 1 ilə endirilib.

 

Bu barədə Qərbi Azərbaycan Apelyasya Məhkəməsi noyabrın 28-də hökm çıxarıb.

 

Urmiyənin İnqilab Məhkəməsi ölkədə iqtisadi gərginlik  və ayrı-seçkiliklə bağlı keçirilən etiraz aksiyalarında (Dey ayı aksiyaları) saxlanılan Əmin Zendedel və daha 3 etirazçını 5 il azadlıqdan məhrum edib. Məhkəmə onları daxili təhlükəsizliyə qarşı sözləşmə və toplaşma və əhalini yığıncaq keçirməyə təşviq etməkdə günahlandırıb.

 

Əmin Zendedel İnqilab Məhkəməsinin hökmünə etiraz etdikdən sonra onun cəzası yüngülləşdirilib.

 

Azərbaycanlı fəal hazırda Urmiyə zindanında 1 illik həbs cəzasını çəkməkdədir.

 

Əmin Zendedel sözügedən aksiyalarda təhlükəsizlik qüvvələri tərəfindən tutularaq Urmiyənin Mərkəzi Zindanına intiqal edilmişdir. O 26 gün saxlandıqdan sonra 100 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

2017-ci ilin dekabr və 2018-ci ilin yanvar aylarında İranın bir çox şəhərində etiraz aksiyaları keçirildi. Aksiyalar zamanı “Sepah” və Ettelaat əməkdaşları tərəfindən onlarla etirazçı öldürüldü, yüzlərlə insan yaralandı və 5 min nəfərdən çox saxlanmışdır.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar