SON XƏBƏRLƏR

Lapid: "İsrail İranın nüvə potensialına yiyələnməsinin qarşısını almaq üçün bütün tədbirləri görəcək"

2022.07.03, 05:39
Lapid: "İsrail İranın nüvə potensialına yiyələnməsinin qarşısını almaq üçün bütün tədbirləri görəcək"

Gunaz.tv

Lair Lapid ölkəsinin üzləşdiyi təhdidlərdən danışarkən İranın İsrailin üzləşdiyi ən ciddi təhlükə olduğunu deyib.

"Biz İranın nüvə potensialına yiyələnməsinin və ya sərhədlərimizin yaxınlığında yerləşməsinin qarşısını almaq üçün nə lazımdırsa edəcəyik. 

Mən bu dəqiqə qarşınızda durub, Qəzzədən Tehrana, Livan sahillərindən Suriyaya qədər bizi məhv etmək istəyənlərin hamısına deyirəm: Bizi sınağa çəkməyin"-deyə, Lapid İrana xəbərdarlıq edib.

Qeyd edək ki, iyulun 2-də İsrail televiziyası bildirib ki, İsrailin son hücum zamanı İranın Suriyaya göndərdiyi hava hücumundan müdafiə vasitələri hədəfə alınıb.

İsrail televiziyası şənbə günü səhər Suriyanın qərbinə raket hücumu zamanı İranın Suriyadakı müdafiə sistemlərinin məhv edildiyini bildirib.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar