SON XƏBƏRLƏR

"Amerika İsraillə müttəfiqliyə sadiq qalacaq"-Antoni Blinken

2022.07.07, 05:25
"Amerika İsraillə müttəfiqliyə sadiq qalacaq"-Antoni Blinken

Gunaz.tv

Amerika Dövlət Departamentinin açıqlamasına görə, Antoni Blinkуn Yair Lapidlə telefon danışığında Vaşinqtonun İsraillə tərəfdaşlıqda sarsılmaz sadiqliyini bir daha təkrar edib.

Blinkуn habelə Yair Lapidi Vaşinqtonun İrandan gələn təhdidlər də daxil olmaqla ümumi təhdidlərlə mübarizədə qətiyyəti barədə əmin edib.

Qeyd edək ki, iyulun 5-də Parisə səfəri zamanı Fransa prezidenti Emmanuel Makronla görüşən Yair Lapid deyib ki, o, cənab Makronu dünya güclərinin İranla nüvə danışıqlarında daha sərt addımlar atmağa inandırmaq niyyətindədir.

Lapidin köməkçilərindən biri də bildirib ki, İsrail dünya güclərinin nüvə razılaşmasına qayıtmasının əleyhinə olsa da, İrana qarşı daha sərt razılaşmanı qəbul etmək ehtimalı var.

Blinken Amerika prezidenti Co Baydenin yaxın bir neçə gün ərzində Yaxın Şərqə səfərinə işarə edərək bildirib ki, cənab Bayden bu səfər zamanı Amerika-İsrail tərəfdaşlığını qeyd etməyi səbirsizliklə gözləyir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar