Aprelin 1-dən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edəcək

2021-03-30 16:15

1 aprel 2021-ci il tarixindən etibarən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edəcək.

Gunaz.tv Quote | Gunaz article

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-ya bildirilib ki, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək.

Xidmətlər Zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir. Vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində, həmin tibb müəssisələrində xidmətin göstərilməsi mümkün olmadıqda isə müqaviləli tibb müəssisələrində göndəriş əsasında göstərilir.

Vətəndaşlar Xidmətlər Zərfindən yararlanmaq üçün səhhətində yaranan narahatlıqla bağlı təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, ilk növbədə ailə həkiminə müraciət etməlidir. Bunun üçün vətəndaşlar ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisəsinə müraciət edərək “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”na uyğun olaraq ailə həkimini seçməlidir. Ailə həkimi vətəndaşı müayinə və ya müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edərkən şəxsiyyət vəsiqəsi qeydiyyatçıya təqdim edilməlidir.

Ölkədəki  pandemiya ilə əlaqədar bəzi dövlət səhiyyə müəssisələri koronavirusla mübarizəyə ayrılmışdır. Belə ki, həmin tibb müəssisələri hazırda digər tibbi xidmətləri göstərmirlər. Bunu nəzərə alaraq, Agentlik müştərək maliyyələşmə məbləğinin toplanılmasının 2022-ci ilin 1 yanvar tarixinədək təxirə salınması barədə müvafiq dövlət qurumuna müraciət etmişdir.

Xatırladaq ki, “Tibbi sığorta haqqında” Qanuna əsasən müştərək maliyyələşmə məbləğinin ödənilməsi ilkin səhiyyə xidmətinə müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə, eləcə də vətəndaşın yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət olunduqda tətbiq edilir.

Qeyd edək ki, bütün vətəndaşlar üçün dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqı ayrılır. Həmçinin dövlət və neft sektorunda çalışan işəgötürən və işçilər, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 2021-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta haqqı toplanılır. Vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) rəsmi internet səhifəsində yerləşdirilən kalkulyatordan istifadə etməklə əməkhaqlarından və ya gəlirlərindən tutulan icbari tibbi sığorta haqqının məbləğini hesablaya bilərlər.

İcbari tibbi sığorta ilə bağlı ətraflı məlumatla Agentliyin rəsmi internet səhifəsindən (https://its.gov.az/) və qurumun sosial şəbəkələrdəki səhifələrindən tanış olmaq olar. Həmçinin vətəndaşlar icbari tibbi sığorta ilə bağlı müraciətlərini Agentliyin “1542” nömrəli Çağrı mərkəzinə, [email protected]  elektron poçt ünvanına, qurumun sosial şəbəkələrdəki səhifələrinə və ya TƏBİB-ə ([email protected]) ünvanlaya bilərlər. (apa)

Ayxan Turan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranşəhrdə 5 yaşlı uşaq polis tərəfindən güllələndi –ETİRAZ

2021-05-11

gun az article

Jurnalistlər Qubadlıda DSX-nin hospitalı ilə tanış olublar - FOTOLAR

2021-05-11

gun az article

Türkiyə XİN Rusiyaya başsağlığı verdi

2021-05-11

gun az article

Kazanda məktəbə edilən hücum nəticəsində ölənlərin sayı dəqiqləşdi – Tatarıstanda matəm elan olundu

2021-05-11

gun az article

Ned Prays: “Amerikanın nüvə sazişinə qayıtması onun digər sahələrdə İrana qarşı sanksiyalar qoymasına mane olmayacaq”

2021-05-11

gun az article

Azərbaycanla Rusiya arasında yeni sənəd İMZALANDI

2021-05-11

gun az article

İranda koronavirusdan daha 307 nəfər ölüb, 18 133 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

2021-05-11

gun az article

Azərbaycanlı rəssam Türkiyədə koronavirusdan vəfat edib

2021-05-11

gun az article

“Minalanmış ərazilərin xəritəsi məsələsi tezliklə həll olunacaq” - Lavrov

2021-05-11

gun az article

Şeyx: "Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur"

2021-05-11

gun az article

Azərbaycan XİN başçısı: "Ermənistan sülh prosesini pozur"

2021-05-11

gun az article

İranda prezidentliyə namizədlərin qeydiyyata alınmasına başlanılıb

2021-05-11

gun az article

Amerikada İran müzakirəsi: “Bu, İranın siyasi dairələrində ciddi narahatlıq doğurub”-Millət vəkili

2021-05-11

gun az article

İranda təlim təyyarəsi qəzaya uğrayıb: Pilot və köməkçisi həlak olub

2021-05-11

gun az article

İran hakimiyyətində qarşıdurma: Ruhani Nəzarət Şurasının qalmaqallı qərarını rədd etdi

2021-05-11

gun az article

Rusiyada naməlum şəxslər orta məktəbi atəşə tutdu -8 şagird həlak oldu

2021-05-11

gun az article

Lavrov Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

2021-05-11

gun az article

BMT-nin Baş katibi peyvəndlərin milliləşdirilməsini böyük səhv adlandırıb

2021-05-11

gun az article

Ombudsman Kəlbəcərdəki bu dəhşətli mənzərə ilə bağlı məlumat yaydı - FOTO

2021-05-11

gun az article

ABŞ gəmisi İran katerlərinə 30 xəbərdarlıq atəşi açıb - FOTOLAR

2021-05-11