SON XƏBƏRLƏR

"İran etirazlarında uşaqlara qarşı davranış araşdırılmalıdır"-Uşaqları Müdafiə İnstitutu

2022.11.08, 10:47
"İran etirazlarında uşaqlara qarşı davranış araşdırılmalıdır"-Uşaqları Müdafiə İnstitutu

Gunaz.tv

Məhsa Əmininin öldürülməsindən sonra İrandaçox sayda insan etiraz aksiyalarında iştirak edib.

Məlumatlara görə, indiyədək bu etirazlarda onlarla uşaq ölüb, yaralanıb və həbs edilib.

BMT-nin İran İslam Respublikasında insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Cavid Rəhman bildirib ki, uşaqlar etirazlardan qeyri-mütənasib şəkildə təsirlənib.

Rəhmanın sözlərinə görə, indiyədək “iyirmi yeddi”dən çox uşaq öldürülüb, məktəblərə hücum edilib və nümayişlərə qatılan uşaqlar həbs edilib.

Bir sıra məlumatlarda son 52 gün ərzində davam edən etiraz aksiyaları zamanı 50 uşaq həyatını itirib.

"Biz son 7 həftə ərzində İranda baş verən hadisələrlə bağlı beynəlxalq təhqiqatın aparılması və dinc nümayişlərə qarşı zorakılığın dərhal dayandırılması çağırışını dəstəkləyirik”,-deyə, Beynəlxalq Uşaq Fondunun baş direktoru İnqer Aşinq bildirib.

Uşaqları Müdafiə İnstitutu dünyanın ən böyük müstəqil uşaq hüquqları təşkilatıdır və hər il təxminən yüz iyirmi ölkədə on milyonlarla uşağın həyatını xilas etmək, həyat şərayitlərini yaxşılaşdırmaq üçün çalışır.

Bu təşkilat İranda fəaliyyət göstərmir.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar