SON XƏBƏRLƏR

Yarımçıq qalan oyuna görə "Traxtur"un əleyhinə qərar çıxarıldı

2022.06.06, 18:41
Yarımçıq qalan oyuna görə "Traxtur"un əleyhinə qərar çıxarıldı

Gunaz.tv

Bununla yanaşı gələn mövsüm iki komandanın qarşılaşmasının tamaşaçısız keçirilməsi barədə qərar verilib.

Məsələyə münasibət bildirən "Traxtur" klubunun rəhbərliyi çıxarılan qərarı ədalətsizliyin bariz nümunəsi adlandırıb və bununla razılaşmayacaqlarını, Apellyasiya Komissiyasına şikayət edəcəklərini bildiriblər.

Qeyd edək ki, İran Premyer Liqasının 29-cu həftəsinin qarşılaşmaları çərçivəsində bu gün Təbrizdə "Traxtur" və Şirazın “Fəcri Şəhid Sepasi” komandalarının görüşü Təbrizdə təhlükəli hava çirkliliyi səbəbindən ləğv edilib.

Mayın 19-da Təbrizin “Səhənd” (Yadiqari İmam) stadionunda "Traxtur" və Tehranın "Persepolis" komandaları arasında baş tutan qarşılaşma gərginlik yarandığı üçün yarımçıq dayandırılıb.

Xatırladaq ki, Tehran komandasının oyunçularının "Traxtur" tərəfdarlarına qarşı qeyri-etik davranışları oyunçular və stadiona toplaşanlar tərəfindən etirazlarla qarşılaşıb. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar