SON XƏBƏRLƏR

Marağa-Sərəskənd yolunda dörd nəfər yanaraq ölüb-VİDEO

2022.02.25, 07:31
Marağa-Sərəskənd yolunda dörd nəfər yanaraq ölüb-VİDEO

Gunaz.tv

Yanğın nəticəsində hər iki maşın alışıb və minik avtomobilində olan 4 nəfər yanaraq həyatını itirib, bir azyaşlı uşaq isə ağır yanıq xəsarətləri ilə xilas edilib.

Qeyd edək ki, adı çəkilən yol əyalətin ən çox qəzalarının baş verdiyi yollardan biridir və burada baş verən qəzalar nəticəsində hər il çox sayda insan həyatını itirir.

Bir neçə gün bundan öncə Şərqi Azərbaycan əyalətinin Tibbi Ekspertiza Mərkəzinin başçısı Əli Səfayifərd mediaya verdiyi açıqlamada cari günəş ilinin ilk on ayında əyalətdə baş verən yol qəzalarında 821 nəfərin öldüyünü bildirib.

 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar