SON XƏBƏRLƏR

Marağa-Sərəskənd yolunda yol qəzası qurbanlarının sayı artıb

2022.03.10, 07:26
Marağa-Sərəskənd yolunda yol qəzası qurbanlarının sayı artıb

Gunaz.tv

Onun sözlərinə görə, 10 ay müddətində bu yolda 850 yol qəzası nəticəsində 50 nəfər həyatını itirib, 652 nəfər isə yaralanıb.

Yol Polisi İdarəsinin rəisi qəzaların əsas səbəbinin yol işarələrinin olmaması, yolun qeyri-standart olması, Marağa-Sərəskənd yolunun çox sayda olan nəqliyyat vasitələri üçün ensiz olduğunu bildirib.

Bu yol Şərqi Azərbaycan əyalətində ən çox yol qəzalarının baş verdiyi yollardan sayılır və bununla bağlı bölgənin millət vəkilləri dəfələrlə məsələ qaldırıblar.

Bir müddət bundan öncə Sərəskənd və Çaroymaq bölgələrinin İran parlamentindəki nümayəndəsi Seyid Həmzə Əmini Sərəskənd-Marağa yolunun genişləndirilməsi və standartlara uyğunlaşdırılması ilə çıxış edib.

O, Marağa-Sərəskənd yolunun bölgənin ən çox qəza baş verən və təhlükəli yolu olduğunu bildirib, bu magistral yolun tikintisinin başa çatdırılması üçün Yol və Şəhərsalma Nazirliyinin vəsait ayırmadığını tənqid edib.

Qeyd edək ki, Marağa-Sərəskənd yolu bölgənin ən təhlükəli yollarından sayılır. Uzun müddətdir burada salınmalı olan magistral yol vəsait ayrılmadığı üçün yarımçıq qalıb.

Hər il Şərqi Azərbaycan əyalətinin yol qəzaları ilə bağlı hazırlanan statistikasında Marağa-Sərəskənd yolu insan ölümlərinə görə ilk yeri tutur. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar