SON XƏBƏRLƏR

Marağa zindanında tibbi yardım göstərilməyən məhbus ölüb

2022.08.04, 05:55
Marağa zindanında tibbi yardım göstərilməyən məhbus ölüb

Gunaz.tv

Ailəsinin məhbub yoldaşlarına istinadən verdiyi məlumata görə, Fərzad ürək ağrısından şikayətlənib və zindan rəhbərliyinə bu barədə müraciət edib.

Durumu ağırlaşan azərbaycanlı məhkumun kamera yoldaşlarının onun xəstəxanaya köçürülməsi ilə bağlı zindanın məsullarına müraciətlərinə mənfi cavab verilib.

Fərzad İskəndərinin kamera yoldaşları və ailəsi onun ölümündə Marağa zindanının məsullarını günahkar hesab edirlər.

Qeyd edək ki, aprelin 12-də Beynəlxalq Əfv Təşkilatı İran zindanları ilə bağlı yayınladığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.

“İran hökuməti həbsxanaları bilərəkdən məhbuslar üçün ölüm otaqlarına çevirib”-deyə, hesabatda qeyd olunub. 

Hesabatda bildirilir ki, rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-i Urmu şəhər zindanının "payına düşür".  

Cavidan   

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar