SON XƏBƏRLƏR

Marağada ekoloji problem-Sənaye suları əkin və bağ sahələrinə axıdılır

2021.11.09, 09:23
Marağada ekoloji problem-Sənaye suları əkin və bağ sahələrinə axıdılır

Gunaz.tv

Hər ilin payız fəslində zavodun fəaliyyətinin çoxalması ilə eyni vaxtda zəhərli tullantılar bağ sahələrinə, əkin sahələrinə buraxıldığı üçün kənd təsərrüfatına ciddi ziyan vurur.

Bununla yanaşı sənaye suları yeraltı və yerüstü su qaynaqlarına qarşıdığı üçün bölgə əhalisinin sağlamlığıda təhlükə altına düşüb.


Yerli əhalinin verdiyi məlumata görə, zəhərli tulantılar səbəbindən bölgədə mövcud olan geniş bağ sahələri məhv olub, əkin yerləri istifadəyə yararsız vəziyyətə düşüb.

14000816000499_Test_PhotoN.jpg

Onların bildirdiyinə görə, bir neçə kilometr aralıdan hiss olunan tullantı sularının qoxusu bölgə kəndlərinin əhalisinin həyatını daha da ağırlaşdırıb.

Bölgədə yerləşən “Pöhrabad” kəndinin sakinləri daha çox ziyan gördüklərini, əkin və bağ sahələrinin günü-gündən azaldığını deyir, belə davam edəcəyi təqdirdə kəndi boşaltmaq məcburiyyətində qalacaqlarının bildirirlər.

Onlar son bir neçə ildə məsələ ilə bağlı zavod rəhbərliyidə daxil olmaqla bütün əlaqədar qurumlara müraciətlər etdiklərini, ancaq heç bir müsbət cavab almadıqlarını qeyd edirlər.

Marağa mahalının Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Qulamrza Zare bildirib ki, problemlə bağlı rəsmi müraciət ediblər və məsələ araşdırılır.

C.E 

دستگیری شش شکارچی متخلف در مراغه | خبرگزاری صدا و سیما
Qulamrza Zare 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar