SON XƏBƏRLƏR

Marağada kənd təsərrüfatı məhsullarının ixracatı dayanıb

2022.01.08, 14:04
Marağada kənd təsərrüfatı məhsullarının ixracatı dayanıb

Gunaz.tv

O, Maraada illik 300-350 min ton alma istehsal edildiyini, bunun bir çoxunun xarici ölkələrə göndərildiyini və bir neçə ildir ixracatın azalması nəticəsində bağçıların çoxunun ziyan gördüyünü söyləyib.

Fərmandar hal-hazırda Maraa anbarlarında keyfiyyət göstəricisinə görə 1 nömrəli 190 min ton almanın yığılıb qaldığını deyib.

Musəvi bundan öncə Rusiya, Azərbaycan Respublikası, Hindustan, İraq və Palkistana ixrac edilən məhsulun satılmaması bağçılarla birgə bu sahə tacirlərinin də müflis olmasına gətirib çıxardıını qeyd edib.

O, problemin həlli və istehsalçıların, ixracatçıların daha çox ziyan etmələrinin qarşısının alınması üçün əlaqədar qurumlara və nazirliyə müraciət etmələrinə baxmayaaq, hələlik bir cavab ala bilmədiklərini bildirib.

فرماندار جدید شهرستان مراغه معرفی شد | خبرگزاری فارس

Marağanın İran parlamentindəki nümayəndəsi Əli Əlizadə də məsələyə münasibət bildirib və bu sahədə planlaşdırılmış fəaliyyətlərin olmamasından dolayı maraalıların çətinliklə üzləşdiklərini söyləyib.

Onun sözlərinə görə, hazırda Marağa mahalında 45 min ailə alma istehsalı, onun satışı və ona bağlı olan sahələrdən dolanır və problemlərin aradan qaldırılmayacağı təqdirdə bölgədə iqtisadi böhran baş verəcək.

C.E  

 

نماینده مردم مراغه و عجب‌شیر در مجلس: نمایندگان مردم در شوراها و خانه ملت  مطالبه‌گر باشند- اخبار آذربایجان شرقی - اخبار استانها تسنیم | Tasnim

Əli Əlizadə

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar