SON XƏBƏRLƏR

Marağada aksiya: Şəhərdə Urmu gölü ilə bağlı plakatlar asılıb

2022.09.14, 16:48
Marağada aksiya: Şəhərdə Urmu gölü ilə bağlı plakatlar asılıb

Gunaz.tv

Milli hərəkat fəalları Şərqi Azərbaycanın Marağa şəhərinin körpülərinə üzərində "Urmu gölü can verir" məzmunlu şüarlar yazılmış plakatlar asılıb.

Onlar ictimaiyyətin diqqətini gölün bərpa olunması ilə bağlı layihələrin yerinə yetirilməməsinə, vədlərin özünü doğrultmamasına yönəltməyə çalışıblar.

Son vaxtlar Urmu gölünün bərpası ilə bağlı verilən vədlərin yerinə yetirilməməsi, göldə ekoloji durumun daha da faciəli səviyyəyə çatması Tehran hökumətinin ekoloji problemin həllində maraqlı olmadığını göstərir.

Bu, milli və çevrə fəallarının etiraz aksiyalarının genişlənməsinə, Urmu, Ərdəbil, Təbriz və başqa şəhərlərdə davamlı olaraq poster, yazılı vərəqələrin yayılmasına, gölün vəziyyətini, hakimiyyətin laqeydliyini əks etdirən fəalliyyətin artmasına səbəb olur.

Problem xaricdə yaşayan azərbaycanlıların da diqqətini cəlb edib və "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Urmu gölünün xilas edilməsi və baş verən ekoloji fəlakətlə bağlı sentyabrın 16-ı, yerli vaxtla saat 12:30-dan 14:00-a kimi BMT-nin Cenevrədəki nümayəndəliyinin qarşısında aksiya keçirməyi planlaşdırıb.

Timur  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar