SON XƏBƏRLƏR

Marağada tarixi abidə dağılmaq üzrədir

2021.10.20, 07:36
Marağada tarixi abidə dağılmaq üzrədir

Gunaz.tv

Şərqi Azərbaycan əyalətinin Marağa şəhərində yerləşən və ilk təməlatma tarixi Elxanlılar dövrünə aid olan tarixi “Xoca Nəsir” hamamı dağılmaq üzrədir.

Çoxsaylı tağlar, günbəzlər və kərpic bəzəkləri ilə nadir memarlıq nümunələrindən olan tarixi abidənin tikintisinə Elxanlılar dövründə başlanılıb, Səfəvilər dövründə tikinti tamamlanıb və Qacarlar dövründə genişləndirilib.

Tarixi əhəmiyyətinə görə milli abidələr siyahısında qeydiyyata alınan 500 kvadratmetrlik sahəyə malik hamam 90-cı ilərə kimi ümumi istifadədə olub.

90-cı ildə 5 illik tətil müddətində ciddi xəsarətlər almasına baxmayaraq onun təmiri ilə bağlı heç bir addım atılmayıb.

Yerli əhalinin və mədəniyyətsevərlərin müraciələrindən sonra 2004-cü ildə Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının təşəbbüsü ilə abidənin yenidən qurulmasına başlanılıb.

Budcə çatışmazlığı ucbatından təmir işləri 2011-ci ilə kimi gecikdirilib və ondan sonra yarımçıq təmir işləridə dayandırılaraq abidə öz halına buraxılıb.

2005-ci ildə 12434 qeydiyyat nömrəsi ilə milli əsərlər siyahısına salınan “Xoca Nəsir” hamamı Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatı ilə bələdiyyə arasında olan ixtilaflar səbəbindən baxımsız qalıb.

Hal-hazırda tarixi abidə Marağa şəhərinin uyuşdurucu maddə istifadəçilərinin toplaşdığı yerlərdən biri kimi tanınır.

C.E 

14000715000088_Test_NewPhotoFree.jpg

14000715000089_Test_NewPhotoFree.jpg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar