SON XƏBƏRLƏR

Marağada inşasına 15 il bundan öncə başlanan körpünün tikintisi yarımçıq qalıb

2022.04.05, 11:58
Marağada inşasına 15 il bundan öncə başlanan körpünün tikintisi yarımçıq qalıb

Gunaz.tv

Mahalın Xudacuy şəhərində o qədərdə böyük vəsait tələb etməyən körpünün tikintisinin 15 il gecikdirilməsi yerli əhali və sosial media fəalllarının etirazları ilə qarşılaşıb.

Xudacuy şəhəri və ətraf kəndlərin çoxsaylı müraciətlərindən sonra 2006-cı ildə tikintisinə başlanan körpünün tamamlanmaması Xudacuy şəhərinin əhalisi ilə yanaşı 16 ətraf kənddə yaşayan 20 min nəfər əhalinin də çətinlik çəkməsinə səbəb olub.

Xudacuy Şəhər Şurası üzvləri on minlərlə insanın gəliş-gedişinin asanlaşdırılması üçün nəzərdə tutulan körpünün hal-hazırda əlavə problemlər yaratdığını deyirlər.

Qeyd edək ki, bununla yanaşı Marağa mahalında onlarla layihə yarımçıq qalıb və hökumət büdcə ayırmadığı üçün onların tamamlanması mümkün olmur. 

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar