SON XƏBƏRLƏR

Marağalı elm adamları dünyanın ən yaxşı alimləri siyahısında

2021.10.30, 07:02
Marağalı elm adamları dünyanın ən yaxşı alimləri siyahısında

Gunaz.tv

“Stenford” Universiteti və “Elsevier” nəşrlərinin birgə hesabatına əsasən 8 marağalı alim dünyanın 2% ən yaxşı alimləri siyahısına salınıb.

Bu hesabata görə, bütün qiymətləndirmə proseslərini nəzərə alınmaqla, bu alimlərdən ikisi, Dr. Mehdi İsrafili və Dr. Kərim Kakai dünyanın 2% ən yaxşı tədqiqatçıları kimi təqdim edilib.

Bununla yanaşı başqa 6 alim isə ən yaxşı alimlər kimi tanıdılıblar.
Ən yaxşı alimlərin siyahısını tərtib etmək üçün dünyanın hər yerindən 22 sahə və 176 alt sahə üzrə ən azı beş elmi məqalə dərc etmiş tədqiqatçılar nəzərdən keçirilib.

Siyahıya salınmaq üçün seçimlər alimlər tərəfindən dərc olunan məqalələrdə sitatların sayı, onların yazılarına istinad sayı və özünə istinad göstəricilərinə əsasən aparılıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar