SON XƏBƏRLƏR

Marağanın tarixi rəsədxanası acınacaqlı durumdadır

2022.03.12, 06:59
Marağanın tarixi rəsədxanası acınacaqlı durumdadır

Gunaz.tv

“Tarixi rəsədxana bundan daha acınacaqlı və baxımsız durumda saxlanıla bilməz. Bu, qəbuledilməz haldır”-deyə, Davud Əsədiyan bildirib.

O, 800 illik tarixi olan rəsədxananın türistlərin ziyarətinə açılması üçün ciddi təmir və bərpa işlərinə ehtiyac olduğunu, bunun üçün yetərli büdcə ayrılmadığını söyləyib.

Qeyd edək ki, Marağa rəsədxanası 1259–cu ildə Hülaku xanın əmri ilə Azərbaycan ərazisindəki Marağa şəhərində tikilib. Rəsədxananın banisi görkəmli azərbaycanlı alim Nəsirəddin Tusidir.

Rəsədxana Güney Azərbaycanın ən önəmli tarixi abidələrindən biri olmasına, ölkənin milli əsərlər siyahısında qeydə alınmasına baxmayaraq, onun təmiri və saxlanılması üçün büdcə ayrılmır.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar