Qarabağa dəstək aksiyasına qatılan güneyli fəal 2 il həbs cəzasına məhkum edilib

17.12.2021, 13:36

Dekabrın 16-da Şərqi Azərbaycanın Culfa şəhərindən olan və Qarabağın azadlığı uğrunda aparılan əməliyyatlara dəstək aksiyasına görə saxlanılan milli-mədəni fəal Səid Sultani haqqında məhkəmə qərarı çıxarılıb.

Gunaz.tv Quote | Gunaz article

Təbriz İnqilab Məhkəməsinin 3-cü bölməsinin qərarı ilə 2 il həbs cəzasına məhkum edilib. 

Qazi Fəthnejadın başçılıq etdiyi məhkəmənin qərarı şifahi olaraq Sultaninin vəkili Əsgər Məhəmmədiyə bildirilib və onun təcridxanada saxlanıldığı günlərin həbs müddətindən çıxıldığı qeyd olunub.

Qeyd edək ki, Güney azərbaycanlı milli-mədəni fəallar 2020-ci ilin oktyarbın 4-də İranın Ermənistana dəstəyinə etiraz aksiyası keçirib.

Aksiyada Qarabağın azadlığı uğrunda Azərbaycan Ordusuna dəstək nümayiş etdirilib. Aksiyaçılar eyni zamanda Nurduz sərhəd keçid məntəqəsinin bağlanmasını tələb ediblər.

Bu aksiyadan sonra milli fəallar Culfa şəhərindəki iş yerlərində həbs edilib.

Onlar, 2 dekabr 2020-cu il çərşənbə axşamı dindirmə prosesinin sonunda Təbrizdəki Kəşfiyyat Nazirliyinin təcridxanasından Təbriz mərkəzi həbsxanasının karantin şöbəsinə köçürülüb.

Azərbaycanlı fəallara “ölkəyə müxalif təşkilatlara üzv olmaq” ittihamı irəli sürülüb.
Milli fəallar 3 dekabr 2020-ci ildə 500 milyon tümən girov qarşılığında məhkəməyə qədər müvəqqəti azadlığa buraxılıb.

Xatırladaq ki, hər iki fəal 2020-ci ilin oktyabr ayının 4-də təhlükəsizlik qüvvələri tərəfindən Güney Azərbaycanın Culfa şəhərində yerləşən iş yerlərində həbs edilərək, Təbrizin ETTELAAT İdarəsinin istintaq təcridxanasına aparılıb.

Təhlükəsizlik orqanları işçiləri Səid Sultanini tutduqdan sonra onun evində təftiş apararaq, notbuk, mobil telefon, kitablar və avtomobili də daxil olmaqla, bir çox şəxsi əşyalarını müsadirə edərək özləri ilə aparıblar. Bundan başqa, Babək Kiyumərsi tutulan zaman təhlükəsizlik orqanları işçiləri onun xanımını döyüblər.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23