Bu barədə güneyli milli fəallar sosial şəbəkələrdə məlumat yayıblar.
Qeyd edək ki, 1967-ci ildə Güney Azərbaycanın Qaradağ mahalında anadan olmuş Cəlal Musapur Birinci Qarabağ müharibəsinin fəal iştirakçısı olub.
Ermənistanın Azərbaycana təcavüzündən və ermənilərin azərbaycanlılara qarşı soyqırımından hiddətlənən Cəlal Qaradağlı könüllü olaraq cəbhəyə yollanıb.
Ordudan qayıtdıqdan sonra Bakıda yaşayan Cəlal Qaradağlı Güney Azərbaycan türklərinin mlli kimliyi uğrunda mübarizədə və ana dili hərəkatında böyük oynayıb, milli təşkilatların işində yaxından iştirak edib.
Güney Azərbaycan Televiziyasının kollektivi fədakar soydaşımızın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Ayxan