SON XƏBƏRLƏR

Qarabağda turizm zonaları minalardan təmizlənəcək

2022.01.29, 09:23
Qarabağda turizm zonaları minalardan təmizlənəcək

Gunaz.tv

Bunu jurnalistlərə açıqlamasında Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov bildirib.

Onun sözlərinə görə, keçən il ərzində 20 mindən hektardan çox ərazi minalardan təmizlənib”.

“Bu işlərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, eləcə də fəaliyyət göstərdikləri istiqamətlər üzrə Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidmətinin müəyyən kontingenti cəlb olunub. Həmin ərazilərdə 52 mindən çox piyada və texnika əleyhinə minalar və partlamamış hərbi sursatlar aşkar olunaraq zərərsizləşdirilib”.

R.Məmmədov bildirib ki, keçən il ərzində ümumilikdə 95 layihə icra edilib:

“Bu layihələrin əsas məqsədi ərazilərdə lazımı əsas infrastrukturun, xüsusilə nəqliyyat, energetika, su təsərrüfatı və digər infrastrukturun yaradılması, ərazilərin iqtisadi dövrəyə buraxılması, xüsusilə kənd təsərrüfatı, sənaye parkları üçün nəzərdə tutulan ərazilərin, eyni zamanda artıq vətəndaşlarımızın bu ərazilərə qayıtması üçün yaşayış yerlərinin bərpası və yenidən qurulması işlərinin aparılması üçün əlverişli şəraitin yaradılmasından ibarətdir.

Bu işlərin davam etdirilməsi üçün bu ildə bu işlərin daha geniş miqyasda minatəmizləmə işlərinin aparılması nəzərdə tutulub. 2022-ci ildə Nazirlər Kabinetinin təsdiq etdiyi minatəmizləmə planına uyğun olaraq 40 min hektar ərazinin təmizlənməsi nəzərdə tutulur. Yəni keçən ilə nisbətən 2 dəfə artıq bir ərazi təmizlənəcək. 

Turizm, dağ mədən sənayesi üçün ərazilərin də minalardan təmizlənməsi nəzərdə tutulur. Həmçinin daha geniş miqyasda yaşayış məntəqələrinin bərpası və yenidən qurulması planlaşdırılır.

Bu ərazilərin digər yerlərdən daha çox çirkləndiyini nəzərə alaraq, keçən ildən süni intellekt əsasında çalışan, uzaq məsafədən, yəni, havadan mina sahələrinin tədqiqatı sisteminin tətbiqinə başlamışıq.

Bu sahədə ümumiyyətlə Azərbaycan dünyada bu tətbiqdən istifadə edən ilk ölkələrdən biridir. Bu sistemlə minaların yerini dəqiq müəyyən etmək olur". (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar