Qarabağdakı ermənilər azalır - Rus sülhməramlıları narahatdır

15.10.2021, 10:15

"Əldə etdiyimiz məlumata görə, Rusiya hakimiyyəti və Qarabağda yerləşən rus sülhməramlıları Qarabağdakı mühacirət dərəcəsindən çox narahatdır”.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

Qəzet qeyd edir ki, Rusiya tərəfi mühacirətin Qarabağın demoqrafik mənzərəsini dəyişə biləcəyinə inanır. Düşünürlər ki, Qarabağ ermənilərinin bu əraziləri tərk etməsi nəticəsində insanların yaşamadığı torpaqların qorunmasına artıq ehtiyac olmayacaq.

"Hraparak" qeyd edir ki, sülhməramlıların 5 illik yerləşdirmə müddəti başa çatanda Qarabağdakı ermənilərin sayının kəskin azaldığı fakt olaraq ortaya çıxa bilər ki, bu da Ermənistan üçün ciddi problem sayılmalıdır.

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yaşayan ermənilərin sayı həm Ermənistan hakimiyyəti, həm də Rusiya tərəfindən şişirdilir. Guya İkinci Qarabağ Müharibəsindən sonra Qarabağda 100 mindən çox erməni yaşayır.

Amma faktlar əksini deyir. Azərbaycan Prezidenti İlham Əliyev də bu günlərdə Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində Qarabağda məskunlaşdırılan ermənilərin sayının hazırda maksimum 25 min nəfər olduğunu bəyan edib.

İkinci Qarabağ Müharibəsindən sonra ermənilər Qarabağda qalıb yaşamağın onlar üçün çətin olacağını anlayırlar. Erməni mənbələri də onların Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi  ərazilərdən çıxıb getməyin yollarını axtardığı barədə yazır. 

Qeyd edilir ki, Qarabağ erməniləri daha yaxşı şərait üçün ya Rusiyaya, ya da Ermənistana köç etməyə məqam axtarırlar. Amma Qarabağdakı qanunsuz erməni silahlı dəstələri – separtçı-terrorçu tör-töküntü ciddi cəhdlər mülki şəxslərin ərazilərdən çıxıb getməsinin qarşısını almağa çalışır.

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən, Qarabağa 2000 nəfərdək rus sülhməramlısı yerləşdirilib. (modern.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda dolların məzənnəsi yenidən rekord qırdı: 1 dollar 30 min 270 tümən

2021-12-05

gun az article

İranın Çaharmahal və Bəxtiyari əyalətində naməlum pilotsuz uçuş aparatı qəzaya uğrayıb- FOTO

2021-12-05

gun az article

İranın Nətənz nüvə təsisatı yaxınlığında güclü partlayış olub - FOTO

2021-12-05

gun az article

Qarabağda daha bir erməni hərbçinin qalıqları tapıldı

2021-12-05

gun az article

İraqda 5 terrorçu zərərsizləşdirildi

2021-12-05

gun az article

Blinken və Lavrov Ukraynanı müzakirə edib

2021-12-05

gun az article

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

2021-12-04

gun az article

İranda koronavirusdan daha 58 nəfər ölüb, 2 157 nəfər virusa yoluxub – RƏSMİ STATİSTİKA

2021-12-04

gun az article

Əziz Səncər Şuşaya səfər edib

2021-12-04

gun az article

İranda söz azadlığının boğulması və senzuranın güclənməsi etiraz doğurdu: Yazıçılar Birliyi bəyanat yaydı

2021-12-04

gun az article

Azərbaycan və Ermənistan XİN başçılarının İsveçdə görüşünün baş tutmamasının səbəbi açıqlanıb - RƏSMİ

2021-12-04

gun az article

Azərbaycan Ordusunun komando hərbi hissəsində taktiki təlim keçirilib

2021-12-04

gun az article

İranlı axund: “Su probleminin həlli Allahın əlindədir”

2021-12-04

gun az article

Ərdoğan "Türkiye" brendi ilə bağlı qərar imzalayıb

2021-12-04

gun az article

İranlı deputat İsfahanda su qıtlığına qarşı etiraz edən əkinçilərə odlu silahlardan atəş açılmasını dəstəkləyib

2021-12-04

gun az article

Zəngilanda tikilən “Ağıllı kənd”in sakinləri üçün kiçik təsərrüfatlar yaradılacaq

2021-12-04

gun az article

Ermənistan Prezidentinin müşaviri vəzifəsindən kənarlaşdırılıb

2021-12-04

gun az article

Ali Radanın spikeri: "Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

2021-12-04

gun az article

İsfahan etirazlarında iştirak edən fəal həbs edilib

2021-12-04

gun az article

Cozef Bayden: "Rusiyanın “qırmızı xətt"ini” qəbul etməyəcəyik”

2021-12-04