SON XƏBƏRLƏR

Qarabağ Zəfəri yeni mərhələnin başlanğıcıdır - Binəli Yıldırım

2022.06.15, 10:29
Qarabağ Zəfəri yeni mərhələnin başlanğıcıdır - Binəli Yıldırım

Gunaz.tv

Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Binəli Yıldırım Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfransda çıxışında deyib.

O, iki ölkə arasındakı əlaqələrin maraq üzərində qurulmadığını, bunun qardaşlıq, dostluq əlaqələri olduğunu qeyd edib. Bildirib ki, ümummilli lider Heydər Əliyev “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə ölkələrimiz arasındakı əlaqələri ən gözəl şəkildə ifadə ediblər.

“İndiyədək Azərbaycan-Ermənistan münaqişəsinə həll tapmaq istəyənlər problemin həlli deyil, səbəbi olmağa davam etdilər. Minsk qrupu münaqişənin diplomatik yollarla həll ediləcəyini desə də, Ermənistan tərəfinin təzyiqi ilə bu problemin həllinin uzadılmasına şərait yaratdılar”, - deyə B.Yıldırım qeyd edib.

O diqqətə çatdırıb ki, bu işin diplomatik yolla həll olunmayacağını görən Azərbaycan Prezidenti İlham Əliyevin əks-hücum əmri ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayıb. Müharibədən bir neçə gün əvvəl Azərbaycana səfər etdiyini deyən Binəli Yıldırım Azərbaycanın haqq yolunda olduğunu, Türkiyənin daim Azərbaycanın yanında dayandığını vurğulayıb.

“Qarabağ Zəfəri, eyni zamanda, Qafqaz regionunda və Türk dünyasında yeni mərhələnin başlanğıcıdır. Türk Dövlətləri Təşkilatı olaraq tarixi İstanbul zirvəsində “Türk Dünyası 2040” vizyonu qəbul edilib. Bununla da, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin arasında nəqliyyat, iqtisadiyyat, təhsil, mədəniyyət, turizm və digər sahələrdə çatışmazlıqların tamamlanması qəbul olunub”, - deyə B.Yıldırım bildirib. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar