SON XƏBƏRLƏR

Qaradağda əhali ekoloji problemlərə etiraz edib-VİDEO

2022.09.03, 07:11
Qaradağda əhali ekoloji problemlərə etiraz edib-VİDEO

Gunaz.tv

Kəndlilər qızıl mədəninin qeyri-standart istismarına, qaydasız partlayışların həyata keçirilməsinə və zəhərli tullantıların təbiətə buraxılmasına etiraz edib.

"Mədən gərək bağlana" şüarı səsləndirən etirazçılar mədən fəaliyyətinin onlara heç bir maddi xeyiri olmadığı deyiblər. Qeyd olunub ki, mədənin fəaliyyəti bölgənin kənd təsərrüfatı sahəsinə ciddi ziyan vurur.

Ümumi ehtiyatının 30 milyon ton civarında olduğu bildirilən Əndiryan qızıl mədəni istismar üçün xarici şirkətlərə verilib.

Əndiryan kəndi və bölgə əhalisi işsiz olduğu halda İran rejimi sözügedən mədəndə Çin, Rusiya, Gürcüstan və Ermənistan ölkələrinin vətəndaşlarını çalışdırır.

Mədənin fəaliyyətindən bölgə əhalisinə çatan isə yalnız ətraf mühitin korlanmasıdır. 

Qeyd edək ki, Əndiryan qızıl mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur.

Mədənin fəaliyyətinin ətraf mühitə ziyan vurması  ilə bağlı dəfələrlə etirazlar olsa da, İran rəsmiləri faktları gizlədib, mədənin fəaliyyətinə şərait yaradıblar.

Ekspertlərin fikrincə, mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur.

Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur.

Həmin maddə sonralar yeraltı suları da çirkləndirir.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar