Qaradağlı faciəsindən 30 il ötür

17.02.2022, 12:40

Bu gün Qaradağlı faciəsinin ildönümüdür. Faciədən 30 il ötür.

Gunaz.tv Quote | Gunaz article

Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, erməni işğalçıları dinc əhaliyə qarşı soyqırımı həyata keçirib. 

30 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan türklərinə bəslədikləri nifrətin nəticəsi idi.

Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı vaxt Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başladı.

Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid olub.

1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6-cı kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilib. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutulub, 1 nəfər öldürülüb, 4 nəfər yaralanıb.

Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişib.

Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetiriblər. Həmin il iyunun 28-də kəndin yanındakı fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırılıb.

1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6-cı kilometrliyində erməni quldurları tərəfindən atəşə tutulub. 

Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 kişi, 6 qadın həlak olub. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparılıb.

1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırılıb. Növbəti hədəf Qaradağlı idi. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün yaxınlaşırdı.

1992-ci il fevralın 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər.

Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. 

Döyüşlərdə biri qadın olmaqla, 14 nəfər həlak oldu. Silah-sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürüldülər və onların növbəti məşəqqətləri başlandı.

Kəndin Bəylik bağı adlanan ərazisində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırıldı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələndi.

İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 kənd sakinini ermənilər əzab və işgəncələr verərək amansızlıqla qətlə yetirdilər. 

Dörd nəfər müxtəlif vaxtlarda şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.

Beləliklə, 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırıldı. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna töküb, üzərini torpaqlayıblar.

Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10-u qadın, 2-si məktəbli olub. Azad olunanlardan 18 nəfəri aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

XİN Laçın yolu ilə bağlı bəyanat yaydı –"Sərhəd-keçid məntəqəsi yaradılmalıdır"

2023-03-25

gun az article

XİN sözçüsü: Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb

2023-03-25

gun az article

"Hərbçilərin sayı artırılmalıdır"-Medvedev

2023-03-25

gun az article

“Havadarları Ermənistanı müharibəyə təhrik edir”-Politoloq

2023-03-25

gun az article

İran tarixdə ən uzun inflyasiya dövrünü yaşayır

2023-03-25

gun az article

İran Azərbaycanla sərhəddə yeni hərbi təlimlərə hazırlaşır

2023-03-25

gun az article

İsrail və İngiltərə baş nazirləri arasında İranla bağlı danışıq olub

2023-03-25

gun az article

BMT-də İran və Ermənistan haqqında sərt sözlər – VİDEO

2023-03-25

gun az article

Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

2023-03-25

gun az article

İranda uruc tutmayanların iş yerləri bağlanır

2023-03-25

gun az article

ABŞ senatoru: "İran neft emalı zavodları vurulsun"

2023-03-25

gun az article

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023-03-25

gun az article

Zahidanda nümayişlər keçirilib

2023-03-25

gun az article

Suriyada öldürülən İrana bağlı qüvvələrin sayı artdı

2023-03-25

gun az article

Sarqsyan: “Ermənistan hakimiyyətinin gücü onun həyasızlığındadır”

2023-03-25

gun az article

“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”

2023-03-25

gun az article

Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır”

2023-03-24

gun az article

Sülhməramlıların yerləşdiyi ərazimizdəki qanunsuz erməni silahlıları mövqelərimizi atəşə tutub

2023-03-24

gun az article

Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib

2023-03-24

gun az article

Əli Xameneyinin istefasını tələb edən qadının ağır həbs cəzası təsdiq edildi

2023-03-24