SON XƏBƏRLƏR

Qaradağ meşələrində yanğın olub-VİDEO

2022.04.02, 08:06
Qaradağ meşələrində yanğın olub-VİDEO

Gunaz.tv

Bu barədə yerli sosial media fəalları məlumat yayıb.

Araz qırağınadək yayılan və Təbriz vaxtilə saat 21-ə kimi davam edən yağının səbəbləri barədə məlumat yoxdur.

Fəallar bölgənin yanğınsöndürmə qurumlarının hadisə yerinə gec gəldiyi üçün yanğının yerli əhali tərəfindən söndürüldüyü, onun genişlənməsinin qarşısının alındığı bildirilir.

Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarının qoruma altında olduğu elan olunub.

Buna baxmayaraq vaxtaşırı bölgədə ağacların tək-tək və ya kütləvi şəkildə kəsilməsinə, eləcə də yanğınların baş verməsinə şahid oluruq.

Bu meşələrdə çoxlu heyvan yaşayır və müxtəlif bitki növləri mövcuddur.

2019-cu ildə Azərbaycan İnsan Hüquqları Cəmiyyəti (ƏRK) Qaradağ meşələrində baş verən yanğınla bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) hesabat təqdim edib.

Hesabatda yanğınların səbəbləri, meşə sahələrinin yanaraq sıradan çıxması, yanğının vaxtı-vaxtında söndürülməməsi, bölgədə yanğın söndürmək üçün lazımi imkanların olmaması və s. kimi məsələlərə işarə edilib. 

Timor
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar