SON XƏBƏRLƏR

Araz Əzimov: “Ermənistan Cənubi Qafqazın xəritəsini dəyişə bilməz”

2021.10.20, 07:36
Araz Əzimov: “Ermənistan Cənubi Qafqazın xəritəsini dəyişə bilməz”

Gunaz.tv
Araz Əzimov: “Ermənistan Cənubi Qafqazın xəritəsini dəyişə bilməz” arazezimov141207.jpg Bakı. Tamara Qriqoryeva - APA. “Sankt-Peterburq görüşü Azərbaycan prezidentinin qarşı tərəfin mövqeyini öyrənməsi və qaranlıq qalmış məsələləri aydınlaşdırması baxımından çox vacib idi”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, görüş siyasi nöqteyi-nəzərdən önəmli olub: “Həmişə bəyan etdiyimiz kimi, Azərbaycan problemin həlli üçün səylərini sona qədər davam etdirəcək”. A. Əzimov qarşı tərəfə məsləhət görüb ki, vaxt keçirməklə, görüşlər yolu ilə hazırkı vəziyyəti uzadıb hansısa siyasi maraqlarını təmin edəcəyini düşünməsin: “Biz onları rahat buraxmayacağıq. Bütün səviyyələrdə Ermənistanın Azərbaycana qarşı törətdiyi əməllər haqqında məlumatlar yayılacaq və bu fəaliyyətimiz işğal altındakı ərazilərimiz boşaldılana qədər davam edəcək. Azərbaycanın bu istiqamətdə imkanları məhdud deyil və prezidentin mövqeyi qətidir. Ermənistanın isə imkanları məhduddur və heç bir dövlət onun mövqeyini dəstəkləmir”. Nazir müavini Ermənistanın Cənubi Qafqazın xəritəsini dəyişə bilməyəcəyini bəyan edib: “Regionda üç ölkə var – Azərbaycan, Ermənistan və Gürcüstan. Biz istərdik ki, üç ölkə arasında normal qonşuluq münasibətləri bərpa edilsin. Amma buna əngəl törədən bir problem var – Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı. Ermənistanın yeni rəhbərliyi vəziyyəti araşdıraraq bu problemin aradan qaldırılması üçün düzgün qərar qəbul etməlidir”. Danışıqların hansı nöqtədən davam edəcəyinə dair sualı cavablandıran diplomatın sözlərinə görə, Azərbaycan danışıqlara həmişə eyni nöqtədən başlayır və eyni nöqtədən davam etməyə hazırdır: “Bu nöqtə ondan ibarətdir ki, Azərbaycanın işğal altında olan əraziləri geri qaytarılmalı və münaqişə ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir”. A. Əzimov Azərbaycanın kompromislərə hazır olduğunu da vurğulayıb. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar