Bu barədə Ərdəbil Radio və Televizya verilişləri xəbər yayıb.
Gunaz.tv
Martın 7-i günortadan sonra saat 18:00 radələrində Muğan bölgəsində, Araz çayı boyunca meşə yanğınlarının meydana gəlməsi barədə xəbər verən ərdəbil televizyası bölgəyə çoxsayda yanğınsöndürmə texnikası və əməkdaşlarının cəlb olunduğunu bildirib.
Xəbərdə başlayan yanğın nəticəsində meşənin bir qisminin bütünlüklə məhv olduğu deyilir.
Şahidlərin sözlərinə görə, güclü külək səbəbindən alov sürətlə yayılıb və geniş bir ərazini əhatə edib.
Ərdəbil Televizyasının iddiasına görə, yanğın Arazın quzey sahilində, Azərbaycan Respublikası tərəfdə daha şiddətli olub.
Məlumatda yanğınsöndürənlərin 3 saat sürən çalışmaları nəticəsində yanğının ətraf ərazilərə keçməsinin qarşısının alındığı və yanğının səbəbləri araşdırılmasına başlanıldığı qeyd olunub.
C.E
