SON XƏBƏRLƏR

Qardaş ölkədə milli bayramdır: Türk xalqı cümhuriyyət gününü qeyd edir

2021.10.29, 08:17
Qardaş ölkədə milli bayramdır: Türk xalqı cümhuriyyət gününü qeyd edir

Gunaz.tv

Qardaş ölkədə respublika üsul-idarəsinin qurulmasının 98-ci ildönümü geniş şəkildə qeyd olunur.

Bu bayram 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) qərarı ilə Osmanlı dövlətinin ləğv edilərək, Türkiyə Cümhuriyyəti elan olunması münasibəti ilə qeyd edilir.

Mustafa Kamal Paşanın rəhbərliyində TBMM-də elan edilən respublikanın ilk prezidenti də Mustafa Kamal (Atatürk) özü olub. 1924-cü ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir. 

modern.az-29.10.2021-1635483879.jpg

Ərazisi 783 562,4 km² olan Türkiyənin 3 faizi Avropa, 97 faizi Asiya qitəsindədir. Ölkə 7 coğrafi ərazi və 81 vilayətdən ibarətdir. Əhalisi təxminən 80 milyon nəfər, paytaxtı Ankara şəhəridir. Prezident üsulu ilə idarə olunan ölkənin bayrağı qırmızı parça üstündə ağ rəngli aypara və beş guşəli ulduzdan ibarətdir. Türkiyənin rəsmi dili türk dilidir. 

Ölkə şərqdən İran, Azərbaycan, Gürcüstan və Ermənistan, cənubdan Suriya və İraq, qərbdən Yunanıstan və Bolqarıstanla sərhəddir. 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Bayramı münasibətilə xalqı təbrik edib.

"Millət tərəfindən ən böyük zəmanətimiz olan birliyimizə, bərabərliyimizə və qardaşlığımıza sıx sarılaraq böyük və güclü Türkiyə iddiamızı həyata keçirmənin mübarizəsini verəcəyik"-deyə, ərdoğan ulusa səslənişində vurğulayıb.

29 Oktyabr Türkiyə Cümhuriyyət (Respublika) Bayramı münasibətilə videolu təbrik mesajında R.T.Ərdoğan deyib: "Ölkə içi və xaricində yaşayan vətəndaşlarımızla şanlı tariximizin qızıl halqalarından biri olan bu qürur günümüzü bizimlə paylaşan bütün dostlarımızın 29 Oktyabr Cümhuriyyət Bayramını təbrik edirəm.

Canları bahasına bu vətəni bizə əmanət edən əziz şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Eyni müqəddəs iddia uğrunda mübarizə apararkən, qazilik dərəcəsiylə şərəflənən qazilərimizə öz, ölkəm və millətim adından təşəkkür edirəm. Elanının 98-ci ildönümündə Türkiyə respublikasının banisi Qazi Mustafa Kamal Atatürk və qəhrəman silah yoldaşlarını minnətlə xatırlayırıq".

Türkiyə prezidenti cümhuriyyət ənənələrinin davam etdiriləcəyini, Türkiyəyə qarşı xain planların qarşısının alınacağını bildirib.

"Cümhuriyyətimizin 100-cü yaşı (2023) artıq üfüqdə yaxşıca görünürkən, heç bir güc, heç bir çirkli ssenari, Türkiyəni tükətməyi məqsəd qoyan heç bir hiyləgər hücumun bizi yolumuzdan saxlamasına imkan verməyəcəyik. 

Rəcəb Tayyib Ərdoğan: "Fevralın 26-da ad günümü Xocalıda qeyd edəcəyəm"

Ən böyük zəmanətimiz olan birliyimizə, bərabərliyimizə və qardaşlığımıza sıx sarılaraq böyük və güclü Türkiyə iddiamızı həyata keçirmənin mübarizəsini verəcəyik. 

İcra etdiyimiz bu müqəddəs mübarizədə milli mübarizəni zəfərə daşıyan, respublikamıza həyat verən poladdan iradə son 98 ildə olduğu kimi, bu gün də rəhbərimiz olmağı davam etdirəcək".

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar