SON XƏBƏRLƏR

Xaricdə İran hökumətinə qarşı etirazlar başlayıb

2022.09.21, 06:21
Xaricdə İran hökumətinə qarşı etirazlar başlayıb

Gunaz.tv

Tehranda Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsindən sonra İranda başlanan kütləvi etiraz aksiyaları xarici ölkələrdə də başlamaq üzrədir.

Amerika və Avropada mühacirətdə yaşayan iranlıların etirazlarla bağlı bildiriş və bəyanatlarından sonra, Amerikada yaşayan iranlılar rejimə qarşı aksiya keçiriblər.

Los-Anceles şəhərində yaşayan iranlılar Məhsa Əmininin əxlaq polisi tərəfindən qətlə yetirilməsi ilə bağlı İrandakı etiraz aksiyalarına dəstək nümayiş etdirmək üçün bir yerə toplaşaraq “Xameneyiyə ölüm olsun!”, “İslam Respublikasına ölüm olsun!” şüarları səsləndiriblər. 

Bununla yanaşı Amerikanın paytaxtı Vaşinqtonda yaşayan yüzlərlə iranlı İranın Amerikad mənafelərini müdafiə edən ofisi qarşısına toplaşaraq şam yandırıb Məhsa Əmininin xatirəsini ehtiramla yad ediblər.

Eyni halda sentyabrın 19-dan Nyu-Yorka toplaşan çox sayda iranlı müxalif bu gün sentyabrın 21-də Birləşmiş Millətlər Təşkilatının qərargahı qarşısında etiraz aksiyası keçirəcək, İbrahim Rəisinin BMT-də çıxışına və Məhsa Əmininin öldürülməsinə etiraz edəcəklər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar