SON XƏBƏRLƏR

Parisdə azərbaycanlı rəssam Fərhad Fərzəlinin fərdi sərgisi açılıb

2022.02.02, 08:14
Parisdə azərbaycanlı rəssam Fərhad Fərzəlinin fərdi sərgisi açılıb

Gunaz.tv

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə keçirilən sərginin açılışında respublikamızın YUNESKO yanında daimi nümayəndəsi Elman Abdullayev, fransalı jurnalistlər, rəsm həvəskarları və digər şəxslər iştirak edirlər.

Fərhad Fərzəlinin “Tiger is Tiger is a Tiger is a Tiger “adlı sərgisi “Dix9” qalereyasında təşkil edilib. Bu, azərbaycanlı rəssamın Fransada ilk fərdi sərgisidir.

“Dix9” qalereyasının məqsədi müxtəlif ölkədən olan gənc rəssamları Fransada tanıtmaqdır.

Sərgi fevralın 27-dək davam edəcək. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar