SON XƏBƏRLƏR

Tariximizin 20 Yanvar səlnaməsi: Qəhrəmanlıq və şərəf günü

2022.01.19, 23:04
Tariximizin 20 Yanvar səlnaməsi: Qəhrəmanlıq və şərəf günü

Gunaz.tv

Tarixə qısa səyahət edək. 1988-ci ilin fevralında Azərbaycanın Qarabağ bölgəsində separatçılıq meylləri baş qaldırmışdı. Moskvanın dəstəyi ilə bu pozuculuq meylləri getdikcə güclənir,  Ermənistanda və Dağlıq Qarabağda yaşayan azərbaycanlılara qarşı təzyiqlər artırdı.

Belə bir vaxtda Azərbaycanın görkəmli ziyalılarının rəhbərlik etdiyi xalq hərəkatı meydana gəldi. 

20 Yanvar: FOTOKOMPOZİSİYA

Erməni separatizmi ilə başlanmış etnik münaqişələr və Moskvanın yanlış siyasəti xalqlar dostluğu ideologiyasına söykənən Sovet dövlətini içdən dağıdırdı. Artıq mərkəzdənqaçma meylləri bütün ittifaqa yayılmışdı.

Belə bir vaxtda Mixail Qorbaçovun rəhbərlik etdiyi Sovet dövləti “qamçı siyasəti”nə əl atdı.

Məqsəd parçalanmaqda olan Sovet dövlətini güc yolu ilə qoruyub saxlamaq idi. 

Sumqayıt hadisələri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı... - "İki sahil"

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa MixailQorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. 

Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi.

Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edildi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polis əməkdaşları var idi.

20 Yanvar: müasir tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsi

32 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı idi.

Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid oldu, 638 nəfər yaralandı və xəsarət aldı, 841 nəfər qanunsuz olaraq həbs edildi, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozuldu.

Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. 

72b22f4591f5fe334316550433000734_800.jpg

Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

Sovet ordusunun qanlı qrığını Azərbaycan xalqının gözünü qorxutmadı. Yanvarın 22-də “Azadlıq” meydanına çıxan xalqımız şəhidlərini ehtiramla son mənzilə yola saldı.

Bu hadisədən sonra Azərbaycan xalqının Sovet ordusuna, Sovet dövlətinə inamı sarsıldı. Bakıda əli qana batmış Sovet rəhbərliyi imperiyanı qoruyub saxlaya bilmədi.

Cəmi 1 il sonra xalqlar həbsxanası olan SSRİ dağıldı, Azərbaycan müstəqilliyə nail oldu.

20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir

Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır. 

14532363704137453431_1000x669.jpg
Allah şəhidlərimizə rəhmət eləsin...

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar