SON XƏBƏRLƏR

Xarkovdakı azərbaycanlıların son durumu açıqlanıb

2022.03.05, 10:34
Xarkovdakı azərbaycanlıların son durumu açıqlanıb

Gunaz.tv

Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğundan bildirilib ki, şəhərdə vəziyyət ağır olaraq qalmaqdadır.

"Ölkəmizin Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəxri konsulluq həmvətənlərimizə dəstək olmaq məqsədilə fəaliyyətini davam etdirir. Bu gün səhər saatlarından etibarən 100 nəfərdən çox həmvətənimiz Xarkov şəhərindən təxliyə edilib.

Çerkaskie Tişki kəndi ətrafında döyüşlərin getməsi əhalinin təxliyəsini mümkünsüz edir. Azərbaycanın fəxri konsulluğu uşaqların vəziyyəti ilə maraqlanır. Həmvətənlərimizin təhlükəsiz təxliyəsi üçün işlər davam etdirilir",- məlumatda bildirilib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar