SON XƏBƏRLƏR

"Bütün vətəndaşlar fars dilinin qeyrətini çəkməlidir"-Fars Dili Akademiyasının başçısı

2022.05.25, 09:17
"Bütün vətəndaşlar fars dilinin qeyrətini çəkməlidir"-Fars Dili Akademiyasının başçısı

Gunaz.tv

O, qeyri-fars dillərinin evlərdə danışılmasında problem olmadığını deyib.

“Fars dilinin təəssübünü saxlamaq vacibdir. Mən təəssüb yerinə qeyrət sözünü işlətməyi üstün tuturam”-deyə, Həddadi Adil bildirib.

“İranda fars dili ilə “bölgə” dillərinin arasında rəqabət olduğunu iddia etmək yanlışdır. Bölgə dillərində azad şəkildə danışa bilərlər. Ancaq fars dili İranda yaşayan bütün xalqların milli dilidir” -deyə, Fars Dili Akademiyasının başçısı qeyd edib.

Qeyd edək ki, mayın 24-də yenidən fars dilinin qorunması və işləkliyi ilə bağlı yeni sərəncam verilib.

Sərəncamda ümumi yerlər, mağazalar, iaşə obyektləri, küçə adları və lövhələrin fars dilində olması və onun düzgün istifadəsinə nəzarətin gücləndirilməsi zəruri sayılıb.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar