SON XƏBƏRLƏR

AŞ PA deputatı erməniləri səs hüququndan məhrum etməklə hədələdi

2021.10.20, 07:36
AŞ PA deputatı erməniləri səs hüququndan məhrum etməklə hədələdi

Gunaz.tv
AŞ PA deputatı erməniləri səs hüququndan məhrum etməklə hədələdi aspa-ermeni-ses-huququ.jpg Avropa Şurası Parlament Assambleyasının KİV məsələləri üzrə alt komitəsinin rəhbəri, britaniyalı deputat Endryu Makintoş Ermənistanın AŞ PA-dakı səs hüququndan məhrum edilə biləcəyini vurğulayıb. Lent.az-ın “Regnum” agentliyinə istinadən verdiyi məlumata görə, Makintoş Ermənistan hökumətini “A1+” teleşirkətinin məsələsini həll etməyə çağırıb. Britaniyalı deputat “A1+” teleşirkətinin 2008-ci ilin yanvarına kimi efirə qayıtmalı olduğunu vurğulayıb: “Əgər bunu etməsələr, deməli, Ermənistan Avropa Şurasının tələbini yerinə yetirmir. Bu da ölkənin səs hüququndan məhrum edilməsinə gətirib çıxaracaq. Avropa Şurasının tələbini yerinə yetirmək qanunun dəyişdirilməsi demək deyil. Əvvəlki qanunlar qüvvədə qalmalıdır”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar