SON XƏBƏRLƏR

AŞ PA Ermənistanı cəzalandırmadı

2021.10.20, 07:36
AŞ PA Ermənistanı cəzalandırmadı

Gunaz.tv
AŞ PA Ermənistanı cəzalandırmadı rsmman1s.jpg Qurum hakimiyyətdən siyasi dustaqları azadlığa buraxmağı tələb edib, öhdəlikləri yerinə yetirməyə çağırıb Dünən Avropa Şurası Parlament Assambleyası Strasburqda keçirilən iclasındamiş iclasında Ermənistanla bağlı hesabat müzakirə olunub. Qeyd edək ki, "Ermənistan tərəfindən AŞPA-nın 1609 nömrəli qətnaməsinin yerinə yetirilməsinə dair" hesabatın müzakirəsi zamanı bu ölkədə keçirilən prezident seçkilərindən sonra həbs edilmiş şəxslərin azadlığa buraxılması tələb olunub AŞPA Ermənistanın bütün siyasi qüvvələrini mart hadisələrini tədqiq edəcək komissiyasının işinə konstruktiv yanaşmağa çağırıb. Hesabatda siyasi motivlərlə həbs edilmiş şəxslərin azad edilməsi işindəki tərəqqi salamlanır. Bununla belə Ermənistan üzrə monitorinq komissiyası hesab edir ki, Ermənistanın bu məsələdə tərəqqisi qənaətbəxş deyil və onun Assambleyanın tələblərini yerinə tam yetirdiyini demək olmaz. Qətnamə qeyd edir ki, istintaqda olan işlər ya dayandırılmalı, ya da dərhal məhkəməyə verilməlidir. Xəbər Xidməti bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar