SON XƏBƏRLƏR

AŞ PA prezidenti Bakıya gəlib

2021.10.20, 07:36
AŞ PA prezidenti Bakıya gəlib

Gunaz.tv
AŞ PA prezidenti Bakıya gəlib luis.gif Luis Mariya de Puç Heydər Əliyevin məzarını və Şəhidlər Xiybanını ziyarət edib Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Mariya de Puç Bakıya səfərə gəlib. O, bu gün səhər Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, sonra isə Şəhidlər Xiybanını ziyarət edib. Prezident seçkisi öncəsi durumla tanış olmaq üçün Azərbaycana gələn Luis Mariya de Puç Milli Məclis rəhbərliyilə, digər hökumət rəsmiləri, müxalifət, QHT-lər və səfirlərlə də görüşəcək. Bakıda proqramını başa vurduqdan sonra cənab Puç Ermənistana gedəcək. LENT.AZ --------------------------------------------------------------------------- Mövqelərimiz yenidən atəşə tutulub esgeratesh.jpg Ermənistan Silahlı Qüvvələri iki istiqamətdən atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, ermənilər bu gün səhər saatlarına qədər nəzarətlərində olan Xocəvənd rayonunun Kuropatkino və Tərtərin Göyarx kəndləri istiqamətindən ordumuzun mövqelərini atəşə tutublar. Bütün hallarda cavab atəşi ilə düşmən susdurulub. Müdafiə Nazirliyi itki olmadığını bildirir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar