SON XƏBƏRLƏR

AŞ PA sədri mövqeyini bir daha təsdiqlədi

2021.10.20, 07:36
AŞ PA sədri mövqeyini bir daha təsdiqlədi

Gunaz.tv
AŞ PA sədri mövqeyini bir daha təsdiqlədi puig.jpg "Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə sülh yolu ilə həllini təkid edir" "Qarşıdakı prezident seçkiləri Azərbaycanın demokratiyaya sadiqliyini nümayiş etdirməlidir". Avropa Şurası Parlament Assambleyasının sədri Luis Maria de Puçun iyulun 1-3-də Azərbaycana səfəri ilə bağlı qurumun internet saytında yerləşdirilmiş məlumat bu başlıq altında verilib. Məlumatda bildirilir ki, Azərbaycanda rəsmi səfərdə olmuş Luis Maria de Puç ölkəmizdə keçiriləcək prezident seçkilərinin demokratik islahatlar sahəsində Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsini nümayiş etdirəcəyinə əminlik bəslədiyini bəyan edib. "XC" AŞPA sədri Azərbaycanın yüksək rəsmilərinin - ölkə prezidentinin, Milli Məclis sədrinin və baş nazirin respublikamızın Avropa dəyərlərinə və ölkənin demokratikləşməsinə hörmətlə yanaşmalarını, demokratik islahatların Avropa Şurası standartlarına uyğun inkişaf etdirmək barədəki bəyanatlarını yüksək qiymətləndirdiyini vurğulayıb. Puç ölkə rəsmilərinin bu bəyənatlarının Azərbaycanda qaşıdakı prezident seçkilərinin azad və demokratik keçiriləcəyinin onda əminlik yaratdığını bildirib. AŞPA sədri seçki prosesi ilə əlaqədar qurum tərəfindən irəli sürülmüş tövsiyələrə seçkilərdən əvvəl əməl ediləcəyinə əmin olduğunu qeyd edib. Luis Maria de Puç söz və mətbuat azadlığını özünün əsas prioritetlərindən biri hesab edən Avropa Şurasının bütün üzv dövlətlərdə jurnalistlərin sərbəst fəaliyyəti üçün şərait yaradılmasını zəruru hesab etdiyini vurğulayıb. AŞ PA sədri səfəri zamanı Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə sülh yolu ilə həllini təkid etdiyini diqqətə çatdırıb. Luis Maria de Puç münaqişənin nəinki Azərbaycanın demokratik inkişafına, habelə bütün regionda demokratik və iqtisadi inkişafa ciddi təsir göstərməkdə davam etdiyindən narahatlıq keçirdiyini xüsusi vurğulayıb. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar