SON XƏBƏRLƏR

ASAM eksperti Arif Kəskin: “Türkiyə ilə İran arasında yaxınlaşma həddən artıq şişirdilir” - EKSKLÜZİV

2021.10.20, 07:36
ASAM eksperti Arif Kəskin: “Türkiyə ilə İran arasında yaxınlaşma həddən artıq şişirdilir” - EKSKLÜZİV

Gunaz.tv
ASAM eksperti Arif Kəskin: “Türkiyə ilə İran arasında yaxınlaşma həddən artıq şişirdilir” - EKSKLÜZİV İstanbul-APA. “Türkiyə ilə İran arasında yaxınlaşma həddən artıq şişirdilir. Buraya Mahmud Əhmədinejadın İstanbula səfəri də daxildir”. Avrasiya Strateji Araşdırmalar Mərkəzinin Orta Şərq üzrə mütəxəssisi, türkiyəli ekspert Arif Kəskin İran dövlət başçının Türkiyəyə qalmaqallı səfərini APA-nın Türkiyə bürosuna belə şərh edib. O iki ölkə arasında münasibətlərin yaxınlaşma sərhədlərinin artıq ortaya çıxdığını deyib: “Xüsusilə, İranın nüvə proqramı ilə bağlı Türkiyənin xoş niyyətli təşəbbüsünün nəticəsiz qalmasından sonra iki ölkə arasında münasibətlərin yenidən müzakirə edilməsi lazım gəlir. Türkiyə bu problemin həllini istəsə də, bu niyyət İran tərəfindən müsbət qarşılanmır. Həm bu görüşün nəticələri, həm də prezidentlər Abdullah Gül ilə Mahmud Əhmədinejadın açıqlamaları göstərdi ki, Türkiyə-İran münasibətləri iki ox ətrafında inkişaf edir. Bunlardan biri təhlükəsizlik, ikincisi iqtisadi oxdur. Təhlükəsizlik məsələləri ətrafında iki ölkə arasında əməkdaşlığın sərhədlərinin genişlənərək bütün bölgəni əhatə edəcəyinə dair proqnoz vermək hələlik tezdir. Məncə Qərb bu mənada Türkiyə-İran münasibətlərinin həddən artıq şişirdir. 1997-ci ildən başlayan əməkdaşlıq bu gün də konkret sahələrdə əməkdaşlıq protokolları ilə dəstəklənir. İqtisadiyyatla bağlı kiçik miqyasda da olsa, niyyətlər olduğunu görürük. Ancaq siyasi əməkdaşlıqla bağlı olaraq hər iki ölkə öz mövqeyini davam etdirir”. Arif Kəskin hər iki ölkənin problemləri həll etmək üçün böhran doğurmayacaq modellər ortaya qoymaq istədiyini bildirib: “Bu, qarşılıqlı etimada dair açıqlamalarla dəstəklənir. Bu niyyətlərin üzərində çoxtərəfli siyasi münasibətlər də qurula bilər. Ancaq Türkiyənin beynəlxalq aləmdəki mövqeyi ilə İranın regional və beynəlxalq mövqeyi çox hallarda bir-birini tamamlamır. Bu da münasibətlərin məhdudlaşmasına səbəb olur”. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar