SON XƏBƏRLƏR

Asim Mollazadə: “İranda etiraz aksiyaları yalnız sosial səbəblərdən baş verməyib”

2021.10.20, 07:36
Asim Mollazadə: “İranda etiraz aksiyaları yalnız sosial səbəblərdən baş verməyib”

Gunaz.tv

GünAz TV: İran İslam Respublikasında etiraz aksiyaları bitsə də aksiyanın səbəbləri ilə bağlı müxtəlif fikirlər səslənməyə davam edir.

 

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Modern.az-a bildirib ki, aksiya yalnız sosial səbəblərdən baş verməyib.

 

“Mənə elə gəlir ki, burda həm sosial problemlər, həm də siyasi problemlər mövcuddur. Totalitar rejim uzun illərdir insanların azadlıqlarını məhdudlaşdırıb. Belə bir üsyan sosial səbəblərdən başlasa da üsyançılar siyasi etirazlarını da bildiriblər. Təəssüf doğuran amil zorakılığın mövcudluğu və  20-dən çox adamın ölməsidir.  Belə bir totalitar sistemlə onlar insanların həyatına mənfi təsir edirlər”.

 

Deputat etirazlardan birinin Orta Şərqlə bağlı olduğunu da vurğulayıb.

 

“Etirazlardan biri böyük həcmdə vəsaitin Orta Şərqdə xərclənməsi idi. İnsanlar məhz bu ideoloji məqsədlərlə istifadə olunan vəsaitlərin vətənə, insanların güzəranının yaxşılaşdırılmasına xərclənməsi tələbi ilə çıxış edirdilər. Ona görə də burda tək sosial problemlər deyil, bilavasitə siyasi etiraz da mövcud olur.

 

Bizim istəyimiz hər şeyin hüquq çərçivəsində həll olunması,  zorakılığın qarşısının alınmasından ibarət olmalıdır. Çünki insanların həyatı ən yüksək amildir”.

 

Qeyd edək ki, İranda etiraz aksiyaları əvvəlcə qiymət artımına qarşı başlasa da, tezliklə dövlət hakimiyyətinə qarşı tammiqyaslı mitinqlərə çevrilib.

Birinci nümayiş dekabrın 28-də Məşhəd şəhərində keçirilib. Ardınca aksiya Tehran, İsfahan, Yəzd və ölkənin digər iri şəhərlərini əhatə edib. Ardıcıl çıxışlar polis ilə toqquşmalara gətirib çıxarıb ki, nəticədə ən azı 20-dən çox insan öldürülüb, çox sayda etirazçı saxlanılıb.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar