SON XƏBƏRLƏR

Aşıq Ələsgər Mosen vəfat edib

2021.10.20, 07:36
Aşıq Ələsgər Mosen vəfat edib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın tanınmış musiqi ustadlarından olan aşıq Ələsgər Mosen qısa müddət xəstəlikdən sonra Binab (Bin ev) şəhərində vəfat edib.

 

Mərəndli Aşıq Ələsgər adı ilə tanınan ustad sənətkar 1940-ci ildə Binabda dünyaya göz açıb. O aşıq sənəti və qopuz çalmağı aşıq Mir Fərəcullah Nicatidən öyrənib.

 

Aşıq Ələsgər qopuz çalmaqdan əlavə yazdığı gözəl şeirləri ilə də məşhurdur, onun türk dilində qələmə aldığı çoxlu şeir əsəri var.

 

Aşağıda mərhum şairin maraqlı şeirlərindən birini oxuya bilərsiniz:

Ustadımdan söz almışam

Vətənə elə aşiqəm

Qafiyəsin düz almışam

Yaradan elə aşıqəm

 

Şair yazar tarix saxlar

Oyanacaq yatan baxtlar

El yaylağa çıxan vaxtlar

Çəmənə, gülə aşiqəm

 

“Mərəndli”yəm bu vətəndə

Xalqım gülsə, mən də gülləm

Qırx beş ildi saz sinəmdə

Mizraba telə aşiqəm

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar