SON XƏBƏRLƏR

Vasiqi qardaşları Ərdəbil həbsxanasına qayıdıb

2021.10.22, 06:41
Vasiqi qardaşları Ərdəbil həbsxanasına qayıdıb

Gunaz.tv

Məzuniyyət müddəti bitən milli-mədəni fəallar Əli və Rza Vasiqi qardaşları 20 oktyabr axşam saatlarında 2 illik həbs cəzasının qalan hissəsini çəkmək üçün Ərdəbil zindanına geri qayıdıblar.

Rza Vasiqi 27 sentyabr, Əli Vasiqi isə 5 oktyabr tarixində girov qarşılığında məzuniyyətə buraxılmışdılar.

Rza və Əli Vasiqi qardaşları 2020-ci il iyun ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərinə təhlükəsizlik məmurlarının hücumu nəticəsində saxlanılıb.

Saxlanılma zamanı onlar məmurlar tərəfindən zorakılığa məruz qalıb və döyülüb.

Gecə bülletenləri çap edib yaymaqla “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməyə cəhd”də ittiham edilən milli fəallar iki il həbsə məhkum ediliblər.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar