Asiya Çempionlar Liqasında yarışan "Traxtur"dan əzmkar oyun: Təbriz klubu güclü rəqiblə heç-heçə etdi

2021-04-15 09:25

Asiya Çempionlar Liqasının qrup mərhələsində yarışan Təbrizin "Traxtur" klubu Özbəkistanın "Paxtakor" komandası ilə qarşılaşıb.

Gunaz.tv Quote | Gunaz article

“Paxtakor” və “Traxtur” komandaları 2021 Asiya Çempionlar Liqasının qrup mərhələsinin ilk həftəsində üz-üzə gəliblər.

Dünən aprelin 14-ü, Təbriz vaxtilə axşam saat 19:30-da, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarca şəhərində baş tutan qarşılaşma “Traxtur” komandasının üstünlüyü ilə keçib. Güney Azərbaycan futbolçularının əzmkarlığına baxmayaraq hesab heç-heçə-3:3 başa çatıb.

“Traxtur”un futbolçusu Askan Dejagə 53-cü dəqiqədə penaltidən hesabı açıb. 56-cı dəqiqədə Məhəmməd Abbaszadə hesabı artırıb. 

“Paxtakor”dan Draqan Çeran 69-cu dəqiqədə hesab arasındakı fərqi azaldıb. 75-ci dəqidəqə “Paxtakor”dan Şarov Muhiddinov hesabı bərabərləşdirib. Xocimat Erikinov 82-ci dəqidəqə "Paxtakor"un 3-cü qolunu vurub.

Lakin Təbriz klubu 85-ci dəqiqədə Məhəmməd Abbaszadənin cavab qolu ilə hesabı bərabərləşdirib.

“Traxtur” komandasının baş məşqçisi Rəsul Xətibi yetirmələrinin çıxışından razı qalıb. “Paxtakor”un güclü olduğunu vurğulayan baş məşqçi deyib ki, klubun 10 futbolçusu Özbəkistan millisinin əsas heyətində təmsil olunur. Baş məşqçi “Traxtor”un əzmkar mübarizə apardığını bildirib. 

“”Traxtur” oyunçuların mübarizəsini yüksək dəyərləndirirəm. Onalrın oyunu təqdirəlayiqdir. İlk qarşılaşmada rəqibdən üstün oyun göstərdik, komandamla fəxr edirəm”-deyə, R.Xətibi bildirib.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14

gun az article

Xamneyini tənqid etdiyi üçün öldürülən güneyli gəncin videosu yayıldı

2021-05-14

gun az article

"Gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq"-Güney azərbaycanlı ziyalıların müraciəti yayıldı

2021-05-14

gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu ölkə çempionu oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12