SON XƏBƏRLƏR

Aşkar edilən insan kəllələrinin sayı 200-ü keçib

2021.10.20, 07:36
Aşkar edilən insan kəllələrinin sayı 200-ü keçib

Gunaz.tv
Aşkar edilən insan kəllələrinin sayı 200-ü keçib "Quba məzarlığındakı quyudan əsasən qadın və uşaq kəllələri üzə çıxarılır. Aşkar edilən son kəllələrdən biri 2-4, digəri isə 4-6 yaşında uşaqlara aiddir. Bu dəlillərdə qırışma və dəhşət də aydın görünür". Bu sözləri APA-ya açıqlamasında ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyib. O, bu faktların yerli camaatın ifadələrini təsdiqlədiyini bildirib: "Kəllələrin üzərində aşkar edilən qəddarlıq əlamətləri onların soyqırım qurbanı olduqlarını təsdiqləyir. Əsasən qadın və uşaqlar hamamda, buxarda boğularaq öldürüldükdən sonra cəsədlər bu quyulara tökülüb". Ekspedisiya rəhbəri tədqiqatın III mərhələsinin sürətlə aparıldığını və aşkar edilən insan kəllələrinin sayının 200-ü keçdiyini söyləyib. adalet

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar