SON XƏBƏRLƏR

AŞPA AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN VƏ PARLAMENTİN 90 İLLİYİ İLƏ BAĞLI BƏYANAT QƏBUL ETMİŞDİR

2021.10.20, 07:36
AŞPA AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN VƏ PARLAMENTİN 90 İLLİYİ İLƏ BAĞLI BƏYANAT QƏBUL ETMİŞDİR

Gunaz.tv
AŞPA AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN VƏ PARLAMENTİN 90 İLLİYİ İLƏ BAĞLI BƏYANAT QƏBUL ETMİŞDİR AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Avropa Şurası Parlament Assambleyası deputat Qənirə Paşayevanın təqdim etdiyi sənəd əsasında Azərbaycan Xalq Cümhuriyyətinin və parlamentinin 90 illiyi ilə bağlı bəyanat qəbul etmişdir. Qurumun prosedur qaydalarına əsasən hər hansı sənədin qəbul olunması üçün ona 5 ölkədən 20 deputat imza atmalıdır. Azərbaycanlı deputatın hazırladığı sənədi müxtəlif ölkələrdən olan 30-dan artıq deputat imzalamışdır. “Azərbaycan Şərqin ilk demokratik respublikası” adı altında hazırlanaraq Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında qəbul edilmiş bəyanatda bu il Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinin tamam olduğu bildirilir. Bəyanatda deyilir: Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik parlamentli respublika idi. Cəmi 23 ay ömür sürməsinə və XI qızıl ordunun Azərbaycanı işğal etməsi nəticəsində süquta uğramasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti insanlara çox böyük hüquqlar və azadlıqlar vermişdi. Nəinki Şərqdə, hətta bir çox qərb ölkələrində belə qadınların seçmək və seçilmək hüququ olmadığı vaxtda Azərbaycan Xalq Cümhuriyyəti qadınlara bu hüququ vermişdi. Bu gün Avropanın üzərində qurulduğu dəyərləri hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti və onun parlamenti Azərbaycanda tətbiq etməklə yanaşı, Qərblə Şərq arasında körpü rolunu oynayan bir ölkə olaraq bu dəyərlərin regionda, müsəlman dünyasında və bütünlükdə Şərqdə yayılmasına böyük təkan vermişdir. Bütün bunları nəzərə alaraq, Avropa Şurası Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi və bir neçə gün əvvəl təntənə ilə qeyd olunan Azərbaycan parlamentinin gördüyü böyük işləri qiymətləndirir. Bununla yanaşı, Avropa Şurası bugünkü Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun rolunu layiqli şəkildə davam etdirdiyini qiymətləndirir və bu prosesi dəstəkləyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar