SON XƏBƏRLƏR

AŞPA Türkiyəyə tövsiyə etdi ki, hakim partiyanı bağlamasın

2021.10.20, 07:36
AŞPA Türkiyəyə tövsiyə etdi ki, hakim partiyanı bağlamasın

Gunaz.tv
AŞPA Türkiyəyə tövsiyə etdi ki, hakim partiyanı bağlamasın Ülviyyə Əsədzadə b115d7f4-bec9-4e22-bb1a-a06f798bce95_w220_s.jpg Avropa Şurası Parlament Assambleyası (AŞPA) Türkiyə Konstitusiya Məhkəməsinə tövsiyə edib ki, hakim Ədalət və İnkişaf Partiyasını (AKP) bağlamasın. İyunun 26-da keçirilən yay sessiyasında AŞPA Türkiyəyə dair qətnamə layihəsini qəbul edib. Qətnamədə deyilir ki, siyasi partiyanın bağlanması demokratiyaya ziddir, Venesiya Komissiyasının tövsiyəsinə uyğun deyil. İslam təmayüllü Ədalət və İnkişaf Partiyasının bağlanması üçün Türkiyənin Baş prokuroru müraciət edib. O, partiyanın bağlanmasını, 70-dən çox rəsminin, o cümlədən Türkiyə prezidenti Abdulla Gül və Baş nazir Rəcəb Tayyip Ərdoğanın fəaliyyətinə qadağa qoyulmasını istəyir. Baş Prokuror, həm də dünyəvi müxalifət hesab edir ki, AKP Türkiyəni İslam dövlətinə çevirməyə çalışır. Hakim partiya ittihamla razılaşmır. Türkiyə AŞPA-da monitorinqdən sonrakı mərhələdədir, amma partiya bağlansa, o, təzədən monitorinq altına düşə bilər. Bu da Türkiyənin Avropa Birliyi ilə əlaqələrinə ziyan vura bilər. Müxalifətdəki Milliyyətçi Hərəkat Partiyasından olan deputat Ərtoğrul Kumçuoğlu «Azadlıq» radiosuna deyib ki, Türkiyə kimi bir ölkə bu problemi özü həll etmək iqtidarındadır və başqalarının məsləhətinə möhtac deyil. Kumçuoğlu hesab edir ki, bu qətnamə layihəsi məhkəmənin qərarına təsir edə bilər. azadliq radiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar